Aliyə Təhmasib

Aliyə Təhmasib
Aliyə Mehdi qızı Təhmasib
Şəxsi məlumatlar
Doğum tarixi 13 mart 1947(1947-03-13)
Doğum yeri
Vəfat tarixi 31 iyul 2022(2022-07-31) (75 yaşında)
Partiya
Fəaliyyəti siyasətçi

Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı31 iyul 2022) — Azərbaycanın Əməkdar müəllimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib.

1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİAzərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib.

1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib.

1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub. O, həmçinin Azərbaycan müəllimlərinin və Azərbaycan qadınlarının qurultaylarına nümayəndə seçilib.

2010-cu il 15 sentyabr. 132–134 nömrəli təhsil kompleksinin Heydər Əliyev muzeyində. Uzun illər 132 nömrəli məktəbə ləyaqətlə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb.

2007-ci ilin mart ayında Aliyə müəllim təhsilimizin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvüdür. Səbail rayonu YAP Qadınlar Məclisinin fəal üzvü kimi ictimai iş aparır.[1]

2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanmış 132 saylı məktəbin aşılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınmışdır.[2][3]

Aliyə Təhmasib dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2013-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.
  2. "Lent.az". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.
  3. "Gündəlik Bakı". 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]