Ali sinir fəaliyyəti

Ali sinir fəaliyyəti tipi və davranışı[redaktə | mənbəni redaktə et]

İ.P. Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri,onların arasındakı qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir. Buraya mərkəzi sinir sisteminin gücü,oyanma ilə ləngiməninmüvazinəti (oyanma və ləngimənin gücü arasındakı münasibət)və əsas sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.

Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur,yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır, məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər.Bu onu göstərir ki,heyvanın birində oyanma çox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur.

İ.P. Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölünür.Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara müvazinətli tip deyilir. Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə,buna müvazinətsiz sinir tipi deyilir.

Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin dəyişməsi ilə əlaqədar olaraq,çox vaxt tezliklə oyanmanın və ləngiməyə və əksinə,ləngimənin oyanmaya keçməsi baş verir.Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır.Tədqiqatlar göstərir ki,sinir sisteminin bu tipi iki cür ola bilər:1)mütəhərrik (cəld) tiplər-bunlarda bir hadisədigərinə çox tez keçir, 2) durğun tiplər-bunlarda oyanma və ləngimə bir-birinə çox gec və çətinliklə keçir.

4 yerə ayırmışdır: 1) güclü və müvazinətsiz tip;bunlarda oyanma və ləngimədən üstündür;2) güclü və müvazinətli tip;bu tipdə sinir hadisələri çox mütəhərrik olur(diribaş tip) ; 3) güclü müvazinətli,lakin qeyri-mütəhərrik-durğun tip (sakit tip); 4)zəif tip,bunlarda oyanma və ləngimə çox zəif cərəyan edir.

Xarici amillərin təsiri sayəsində sinir sisteminin tipini dəyişdirmək və onları bir tipdən digərinə cevirmək mümkündür.Məsəslən,məktəb şəraitində müəllim sinir sisteminin tipində zəiflik hiss olunan şagirdlərə icrası xeyli cəsarat tələb edən tapşırıqlar verməklə onların sinir sistemini güclü edə bilər.

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, onların sinir sistemi tiplərinə uyğun gəlir.İnsanda aşağıdakı sinir tipləri ayir edilir:

1. Sanqvink tip (diribaş tip). Bu, ən yaxşı tip hesab olunur.Sanqviniklər üç səciyyəvi xüsusiyyətlə başqalarından fərqlənir.Bunlar güclü oyanma və güclü ləngimə qabiliyyəti,mevazinəti və mütəhərrik sinir sistemi tipi olan adamlardır.

2. Melanxolik tip (zəif tip). Bu tipin əsas xüsusiyyəti qabığı hüceyrələrinin işgörmə qabiliyyətinin zəif olmasından ibarətdir,bunlarda hüdudxarici ləngimə çox tez əmələ gəlir, oyanma və ləngimə hadisələri zəif cərəyan edir,beyin qabığı fəaliyyətində ləngimə üstündür.

3. Xolerik tip (hövsələsiz tip). Bu tipə aid olan adamlar güclü sinir sisteminə malikdirlər.Bunlarda oyanma və ləngimə hadisələri öz ağır dinamizmi ilə seçilir,bu proseslər bir-birinə çətinliklə keçir. Möhkəm iradəli,ehtiraslarını boğa bilən adamalardır.

4. Fleqmatik tip (sakit,durğun tip). Bu tip adamların əsas xüsusiyyəti az müütəhərrik olmalarındandır.Belə adamların güclü və müvazinətli sinir sistemində çox vaxt oyanma və ləngimə hadisələri ağır cərəyan edir və çətinliklə biri digəri ilə əvəz olunur.

İ.P. Pavlov insan və heyvan orqanizminin xarici mühitlə əlaqəsinin qanuanuyğunluqlarını araşdırıb ali sinir fəaliyyətinin tərkib hissələri kimi siqnal sistemi haqqında təlim yarstmışdır.

Birinci siqnal sistemi orqanizmin xarici və daxili mühit[redaktə | mənbəni redaktə et]

İ.P. Pavlov heyvanlarda (əsasən itlərdə) sinir tiplərinin hiss üzvlərinə göstərdiyi bilavasitə təsir, müəyyən obyektiv və subyektiv duyğular,təəssüratlar və təsəvvürlər yaradn konkret fəaliyyəti əhatə edir. İnsan və heyvanlar üşün ümumi olan şərtsiz və şərti qıcıqların qarşılıqlı analiz və sintezi müvafiq davranış vaxtlarının əasını təşkil edir. Deməli xarici və daxili mühitin beyində əks olunması,inikası,ilk növbədə birinci siqnal sisteminin siqnalları sayəsində təmin olunur və bunun neyrofizioloji mexanizm və qanunauyğunluqları həm insan, həm də heyvan üçün demək olar ki,eynidir.Lakin, insanda birinci siqnal sistemi heyvanlarda olduğundan daha mürəkkəb,daha dolğun funksional mütəhərriklik və zənginlik kəsb etmişdir.

Heyvanlardan fərqli olaraq,insanda birinci siqnalsistemi ilə yanaşı, müstəsna dərəcədə zənginlik və üstünlük kəsb etmiş ikinci siqnal sistemi də mövcuddur. Bu sistem siqnalların söz ifadəsi (nitq), eşidilən və oxunan sözlərdən (söz siqnallarından və ya ikincili siqnallardan)ibarətdir.Sözlər,nitq səsləri, yazılı məlumatlar və s. bu kimi təsirlər beyində məna kəsb edir və bir-birindən fərqləndirilir.Sözün mənası insan tərəfindən anlaşıldığı halda onun davranışını idarə edir,ətrafdakılara bələdləşir,ünsiyyət saxlayır.Söz öz mənasını itirdikdə,anlaşılmadıqda, o yalnız birinci siqnal sistemi kimi təsir göstərir,yaxud da insanda heç bir reaksiya doğurmur.İkinci siqnal sistemi insanın davranışında,onun mürəkkəb psixi fəaliyyət formalarının(təfəkkür,analiz-sintez və s.) təşəkkülündə müstəsna rol oynayir.İkinci siqnal sistemi birinci siqnal sistemi üzərində qurulur və keyfiyyətcə daha yüksək,daha əhatəli inikası formasıdır.

Məlumdur ki,insanların tipologiyası ikinci siqnal sisteminin(nitqin),şüurun və yaradıcılığın olmasına görə ali heyvanlardan fərqlənir.İ.P.Pavlov bu xüsusiyyətlərə diqqət yetirərək insanları əsasən iki tipə bölməyi təklif etmişdir:bədii və mütəfəkkir.

Bədii tiplərin davranışında parlaq obrazın yaranmasının əsasında duran birinci siqnal sistemi üstünlük təşkil edir.Belə adamlar yaradıcılıq,idrak qabiliyyətinə malik olmaqla yanaşı parlaq bədiilik və gzəllik haqqında obrazlı düşünmək xüsusiyyətinə malik olurlar.

Mütəfəkkir tiplərin davranışında əsasən ikinci siqnal sistemi üstünlük təşkil edir.Onların idrak və təfəkküründə mücərrəd təsəvvürlər aparıcı rol oynayır.