Aleksandr Qlezer

Aleksandr Qlezer
Doğum tarixi 10 mart 1934(1934-03-10)
Doğum yeri
Vəfat tarixi 4 iyun 2016(2016-06-04) (82 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, jurnalist, naşir, kolleksiyaçı, publisist, redaktor

Aleksandr Qlezer (10 mart 1934, Bakı4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı[1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur[1].

Uzun müddət Ufada yaşamışdır[1].

Moskva Neft İnstitutunun məzunudur[1].

1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir[1].

Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur[1].

1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir[1]. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir[1]. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb[1].

2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]