Albaniyada holokost

İkinci dünya müharibəsi dövründə Albaniya xəritəsi, ölkəyə sonradan birləşdirilən ərazilər sarı rəngdə göstərilib

Albaniyada holokost (alb. Holokausti në Shqipëriyəhudilər, qaraçılar, slavyanlarBöyük Albaniyada yaşayan digər azlıqlara qarşı törədilmiş qətllər və deportasiyalardan ibarət idi, onun əsas təşkilatçıları Üçüncü Reyx, Faşist İtaliyasıvə Albaniya kollaborasionist qüvvələri olmuşdur və bütün hadisələr ölkənin İkinci dünya müharibəsi zamanı italyanalman işğalı altında olduğu zamanda baş vermişdir. Müharibə boyu təxminən 2000 yəhudi Albaniyada sığınacaq axtarırdılar. Ölkəni ilk öncə Faşist İtaliyası, sonra Üçüncü Reyx işğal etməsinə baxmayraq, yerli alban əhalisi yəhudi qaçqınların əksəriyyətinə qarşı yaxşı davranırdılar. Albanlar besa kimi tanınan ənənəvi qonaqpərvərlik adətlərinə riayət edərək, yəhudi qaçqınlarını dağ kəndlərində qoruyurdular və onları Adriatik limanlarına çatdırırdılar ki, oradan İtaliyaya qaça bilsinlər. Digər yəhudilər bütün ölkəni əhatə edən müqavimət hərəkatına qoşuldular.

Albanların çoxluq təşkil etdiyi Kosovoda yaşayan 500 yəhudi üçün bu sınaq tamam başqa cür oldu, və çoxları müharibədən sağ çıxa bilmədilər. 1943-cü ilin sentyabr ayında İtaliya təslim olanda, alman qoşunları Albaniya, Kosovo və ölkəyə birləşdirilmiş digər əraziləri işğal etdi. 1944-cü ildə Waffen-SS adlı alban diviziyası yaradıldı, hansı ki Kosovodan olan daha 281 yəhudini həbs edib almanlara təhvil verdi, dustaqları sonra Bergen-Belzen həbs düşərgəsinə deportasiya etdilər və çoxlarını öldürdülər. 1944-cü ilin sonlarında almanlar Albaniyadan qovuldu, və ölkə Ənvər Xocanın rəhbərliyi altında kommunist dövlətə çevrildi. Təxminən eyni vaxtda Ox qüvvələri albanların qəsb etdiyi Kosovo və Qərbi Makedoniyanın rayonlarında Yuqoslaviya partizanlarına məğlub olmuşdular, sonralar bu ərazilər yeni yaradılmış Yuqoslaviya Sosialist Federativ Respublikasına birləşdirilmişdi.

Müharibə zamanı Böyük Albaniyada təxminən 600 yəhudi qətlə yetirilmişdi. Əslində müharibənin sonunda Albaniyanın yəhudi əhalisi müharibənin əvvəlində olduğundan 11 dəfədən çox yüksəlmişdi, müharibədən qabaq yəhudi sayısı təxminən 1800 nəfər idi. Onların çoxusu sonradan İsrailə mühacirət etdilər, qalan yüzlərlə yəhudi isə 1990-cı illərin əvvəlində baş verən kommunizmin süqutundan sonra doğma ölkələrinə qayıtdılar. 2011-ci ilin vəziyyətinə görə, 69 albaniyalı Holokost zamanı yəhudilərin xilas edilməsində köməklik etdikləri üçün dünyanın sülh ədalətliləri adına sahibdirlər.

Albaniyadakı yəhudilər müharibədən əvvəl[redaktə | mənbəni redaktə et]

Əhalinin siyahıya alınmasına əsasən, Albaniyada 1930-cu ildə 24 yəhudi yaşayırdı. 1937-ci ildə 300 nəfərlik yəhudi icması qeydə alınmışdır[1].

Albaniya yəhudilərə qarşı çox tolerant ölkə idi. 1934-cü ildə ABŞ-nin Albaniyadaki səfiri German Bernşteyn yazırdı[2]:

Albaniyada yəhudilərə qarşı diskriminasiyanın izləri də yoxdur, hal-hazırda Avropada tək tük ölkələrdəndir ki, orada dini mövhumat və nifrət mövcud deyillər, baxmayaraq ki Albaniya üç dinin ölkəsidir.

Yad Vashem (sözbəsöz tərcüməsi: Müsibət Ensiklopediyası) Ensiklopediyasının məlumatına görə, İkinci dünya müharibəsi ərəfəsində Albaniyada 600-ə yaxın yerli yəhudilər və təxminən AlmaniyaAvstriyadan olan 400 qaçqın yaşayırdı. Onların bir qismi Albaniyadan Fələstinə keçməyə çalışırdı[2]. Albaniyanın Berlindəki səfirliyi yəhudilərə 1938-ci ilin sonunadək viza verilməsini davam etdirirdi[1].

SerbiyaXorvatiyanın bəzi yəhudiləri də Albaniyaya qaçırdılar, amma orada da alban yəhudiləri ilə birlikdə İtaliya hökumətinin nəzarəti altında düşürdülər.[3][4] Daniel Romanovskiy aşağıdakı rəqəmləri göstərir: müharibədən öncə aparılan siyahıya alınmaya əsasən, Albaniyanın özündə 204 yəhudi yaşayırdı, Albaniyaya birləşdirilmiş bölgələrdə isə qaçqınlar da əlavə olmaqla təxminən 500 yəhudi məskunlaşmışdır, lakin Romanovskiy siyahını qeyri-dəqiq olduğunu hesab edir. Bundan başqa bilavasitə Albaniyanın özünə gələn yəhudi qaçqınlar da var idi.[5] Beləliklə, "Böyük Albaniya" adlanan ərazidə yəhudilərin ümumi sayı təxminən 1000 nəfər təşkil edirdi.

1927-ci ildə alban yəhudilərin əksəriyyəti ölkənin cənub-şərqində Korça şəhərində yaşayırdı. 1938-ci ildən sonra AlmaniyaAvstriyadan olan qaçqınlar Tirana və Dıraç şəhərlərinə köçürdülər.[6]

İtaliya işğalı[redaktə | mənbəni redaktə et]

1939-cu ilin aprel ayında İtaliya Albaniyanı işğalı edəndə, kral Əhməd Zoğu devrilmişdi.

Albaniya 1930-cu illərdə İtaliyanın güclü təsiri altında idi. 25 mart 1939-cu ildə İtaliyalı diktator Benito Mussolini Albaniya kralı Əhməd Zoğuya hərbi protektoratın qəbul olunması tələbi ilə ultimatum irəli sürdü. Kralın imtinasından sonra, 1939-cu il aprelin 7-də İtaliya qoşunları Albaniyaya soxuldular və onu işğal etdilər. Beləliklə, İtaliya Birinci dünya müharibəsi dövründə mövcud olmuş Albaniya üzərində protektoratı bərpa etdi.[7] 1941-ci ildə İtaliya Yuqoslaviyanın bir hissəsinin işğal etdikdən sonra, protektorata albanların yaşadığı Yuqoslaviyanın əraziləri birləşdirildi, xüsusən də Kosovo.

Qaçqınların bir hissəsi və təxminən 200 yerli yəhudilər Kavaye tranzit düşərgəsində məcburi saxlanılırdı, lakin onları almanlara vermirdilər, bəzi alban məmurları isə saxta şəxsiyyət vəsiqəsi hazırlayaraq yəhudilərə kömək edirdilər.[2][8]

1941—1942-ci illərdə Serbiyadan (əsasən Belqraddan) qaçan yəhudilər, eləcə də Almaniya, Avstriya və Polşadan olan qaçqınlar Priştina, PrizrenFerizovikdə yaşayırdılar, sadalanan şəhərlərin hamısı İtaliyanın idarəsi altında idi.[9] Kosovoda təxminən 150 yəhudi məhkəmə və istintaq olmadan ("preventiv həbs") həbs olundu.[9] İtalyan işğalı İtaliyanın 1943-cü ilin sentyabr ayında müharibədən çıxana qədər davam etdi, o vaxta qədər isə italyan hərbçilər yəhudiləri almanlara vermədilər. İstisna hal kimi 14 mart 1942-ci ildə Priştinada italyan karabinerlər tərəfindən almanlara müxtəlif məlumatlara görə 51[4] və ya 60 yəhudi qaçqınlarının vermələrini göstərmək olar, həmin məhbuslar sonradan Saymişte ölüm düşərgəsində qətlə yetirildilər.[10]

Almaniya işğalı[redaktə | mənbəni redaktə et]

İtaliya 1943-cü ilin sentyabrında müharibədən çıxandan sonra, alman qoşunları demək olar ki, Albaniyanın bütün ərazisini işğal etdilər.

1944-cü ilin aprelində 281 nəfər yəhudi Priştinada "Skanderberg" diviziyasının əsgərləri tərəfindən həbs edildi[11] və sonra Bergen-Belzen düşərgəsinə deportasiya olundu.[6] Albaniyadan Bergen-Belzenə deportasiya olunan 400-dən artıq yəhudidən, təqribən 100-ü sağ qaldı.[3] İddialar var ki, albanlar demək olar ki, bütün yəhudiləri xilas etdilər,[12] lakin Daniel Romanovskiy qeyd edir ki, "Böyük Albaniya"nın ərazisində yaşayan yəhudilərin ümumi sayından üçdə ikisi həlak oldu. Gerhard Qrimmin qiymətləndirilməsinə görə, alman işğalının təxminən 14 ayı ərzində "Böyük Albaniya"dan 591 yəhudi deportasiya olundu.[5]

Hesab edilir ki, alban Holokostunun təşkilində əsas rolu kollaborasionizm hökumətinin daxili işlər naziri Cafer Deva oynamışdır. O, yəhudilər, qaraçılar və slavyanlara qarşı cihad elan etmişdi və nasist konslagerlərinə deportasiyaları təşkil edirdi.[13] (Eyni zamanda, bəzi tədqiqatçılar iddia edirlər ki, Cafer Deva və onun silahdaşı Aqo Aqay soyqırım tərəfdarı deyil idilər və nasistlərin bir neçə min adamı məhv etməsinin qarşısını almışdılar.[14])

Bəzi yəhudilər işğalçılara qarşı döyüşən partizan dəstələrinə qoşulurdular. Pepe Biro Kanto partizan dəstəsində idi, müharibədən sonra isə alban ordusunun ən yüksək rütbəli zabitlərindən biri oldu. Partizanlar arasında, həmçinin Dario Jak Artiti, David Koen, Ruben Jak, Yozef Bivas və başqaları var idi.[15]

Yəhudilərə yardım[redaktə | mənbəni redaktə et]

Albanların əksəriyyəti yəhudilərə kömək göstərdilər və onları deportasiyalardan xilas edirdilər. Tələbə Refik Veseli Yuqoslaviyadan qaçan Mandil yəhudi ailəsini xilas etdi. Moşe Mandel Albaniyada fotomağaza açmışdı və 16 yaşlı Refiki işçi kimi götürdü. 1943-cü ilin sentyabrında alman işğalından sonra Mandilin, onun arvadı və uşaqlarının üzərində deportasiya təhlükəsi yarananda, Veseli böyükləri gizlədirdi, uşaqları isə müsəlman kimi qələmə verirdi, beləcə bu Albaniyanın azad edilməsinə qədər davam edirdi.[16] Refikin valideynləri öz kəndlərində təkçə Mandil ailəsinin böyüklərini yox, həm də digər yəhudi ailələrini gizlədirdilər.[17] Hətta oyuncaq hökumətin baş naziri Mustafa Merlika-Kruya yəhudilərə kömək edirdi.[5] 2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, Albaniyada yəhudilərin xilasına görə 75 nəfər Yad Vaşem adlı İzrail Fəlakət və Qəhramanlıq İnstitutu tərəfindən dünyanın sülh ədalətliləri kimi tanınıb.[18] Tədqiqatçılar albanların yəhudiləri xilas edilməsinə yardım göstərmək istəklərini "Besa" şərəf məcəlləsi ilə izah verilər, orada qonağı düşmənə verməmək və ona yardım göstərmək tələb olunur.[19]

Xatirə[redaktə | mənbəni redaktə et]

1990-cı ilə qədər Albaniya sosializm ölkəsi və siyasi və mədəni cəhətdən qapalı olduğu üçün, burada yəhudilərin tarixinə aid heç bir araşdırma aparılmamışdı. Müharibə dövründə alban-yəhudi münasibətləri mövzusunda yazılan ilk elmi məqaləni 1990-cı ildə tarixçi Apostol Kotani (ing. Apostol Kotani) dərc etmişdir, onun bu mövzuda monoqrafiyası isə yalnız 1995-ci ildə çıxdı.[20]

2008-ci ilin may ayında Tiranada Albaniya yəhudilərinin xilası tarixinə dair elmi konfrans keçirilmişdir, onun təşkilatçıları Bar-İlan universiteti yanında Finkler adına Holokost araşdırmaları institutu, Tirana Universitetinin tarix fakültəsi və "Yad Vaşem" memorialının Holokostu tədqiq edən Beynəlxalq institutu idilər.[21] 2010-ci ilin əvvəlində ATƏT-in Albaniyada Holokost qurbanlarının xatirəsinin əbədiləşdirilmə gününün mövcudluğu barədə heç bir informasiyası yox idi.[22]

2007-ci ilin sonunda Qüdsdə yerləşən "Yad Vaşem" memorialında bir neçə Albaniyalı sülh ədalətlilərinə həsr olunmuş sərgi açılmışdır. Onun əsasını Amerikalı fotoqraf Norman Gerşmanın işləri təşkil edirdi.[23] Analoji sərgi 2013-cü ilin mayında Nyu-Cersidə (ABŞ) keçirildi.[24] Gerşman Albaniyada öz işinin təqdimatını müntəzəm olaraq müxtəlif auditoriyalarda göstərir.[25]

2009-cu ildə Aluş Gaşi (ing. Alush Gashi) "Albaniyada Xilasetmə" sənədli film çəkmişdir.[26] Filmin qəhrəmanlarından biri müharibə zamanı albanlar tərəfindən xilas edilmiş doktor Skarlett Epşteyn olmuşdur.[27][28]

Rafik Veselinin xilas etdiyi Gavra Mandil İsraildə tanınmış moda və reklam fotoqrafı oldu və İsrail-Albaniya dostluq assosiasiyasını yaratdı.[29]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Robert Elsie. Historical Dictionary of Albania. Historical Dictionaries of Europe (2). Scarecrow Press. 2010. 218. ISBN 9780810873803.
  2. 1 2 3 "Albania" (PDF). The Holocaust Resource Center (ingilis). Yad Vaşem. 2012-05-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-2-3.
  3. 1 2  Албания Arxivləşdirilib 2017-08-24 at the Wayback Machine (rus)— статья из Электронной еврейской энциклопедии
  4. 1 2  Kosovo Holocaust Arxivləşdirilib 2018-01-12 at the Wayback Machine (ing.). kosovoholocaust.com.
  5. 1 2 3 Романовский Д. Из нашей почты Arxivləşdirilib 2014-11-07 at the Wayback Machine. (rus) lechaim.ru. Yoxlanılıb 4 iyun 2012. İlkin mənbədən 13 sentyabr 2012-ci ildə arxivləşdirilmişdi
  6. 1 2 Martin Gilbert. The Routledge Atlas of the Holocaust. — 4. — Routledge, 2012. — P. 222. — 304 p. — (Routledge Historical Atlases). — ISBN 9781135108519.
  7. Miranda Vickers. The Albanians: a modern history Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine. — 3d ed. — I.B.Tauris, 1999. — P. 137. — 282 p. — ISBN 9781860645419.
  8. The Virtual Jewish History Tour: Albania Arxivləşdirilib 2012-05-25 at the Wayback Machine (ingilscə.). Jewish Virtual Library. American-Israeli Cooperative Enterprise. Yoxlanılıb 3 fevral 2012.  kin mənbədən 24 may 2012-ci ildə arxivləşdirilmişdi.
  9. 1 2 Paul Mojzes. Balkan Genocides: Holocaust and Ethnic Cleansing in the 20th Century. — Rowman & Littlefield, 2011. — P. 93. — 299 p. — (Studies in genocide). — ISBN 9781442206632.
  10.  Lekatari Mihal Arxivləşdirilib 2015-12-22 at the Wayback Machine (ingilscə.). The Righteous Among The NationsYad Vashem. Yoxlanılıb 20 dekabr 2015.
  11.  Robert Elsie. Historical Dictionary of Albania. — 2. — Scarecrow Press, 2010. — P. 219. — 662 p. — (Historical Dictionaries of Europe). — ISBN 9780810873803.
  12.  Harvey Sarner. Rescue in Albania: one hundred percent of Jews in Albania rescued from Holocaust Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine. — Brunswick Press, 1997. — 106 p. — ISBN 9781888521115.
  13. "The CIA and Greater Albania: The Origins of the US Role in the Balkans". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
  14. "AGO SHERO AGAJ – "DIKUSHI"". 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
  15. Harvey Sarner. Chapter One. Albania at War // [https://web.archive.org/web/20120831074359/http://blog.aacl.com/rescue-in-albania/chapter-one/ Arxivləşdirilib 2012-08-31 at the Wayback Machine Rescue in Albania: one hundred percent of Jews in Albania rescued from Holocaust] Arxivləşdirilib 2012-08-31 at the Wayback Machine. — Brunswick Press, 1997. — 106 p. — ISBN 9781888521115.
  16. Choosing to act. STORIES OF RESCUE Arxivləşdirilib 2012-09-21 at the Wayback Machine (ingilscə.) p. 9. United States Holocaust Memorial Museum (2012). Yoxlanılıb 27 fevral 2012. İlkin mənbədən 13 sentyabr 2012-ci ildə arxivləşdirilmişdi.
  17. Весел и Фатима Весели и их дети Arxivləşdirilib 2012-09-08 at the Wayback Machine. (rus) Yad Vaşem. Yoxlanılıb 4 iyun 2012. İlkin mənbədən 13 sentyabr 2012-ci ildə arxivləşdirilmişdi.
  18.  Праведники народов мира - по странам и национальной принадлежности спасителей. Статистика на 1 января 2016 Arxivləşdirilib 2013-04-23 at the Wayback Machine.Yad Vaşem (2016). Yoxlanılıb 17 fevral 2016.
  19. Delinda C. Hanley. «Muslims Who Saved Jews in WWII,» Washington Report on Middle East Affairs, November 2008
  20. Perez Daniel. Bringing the Dark Past to Light: The Reception of the Holocaust in Postcommunist Europe. — Lincoln, Nebraska: Nebraska University Press, 2013. — P. 32. — ISBN 978-0-8032-4647-8.
  21.  Конференция по истории спасения албанского еврейства Arxivləşdirilib 2014-08-08 at the Wayback MachineJewish.ru. Rusiya yəhudi icmaları federasiyası (26.05.2008). Yoxlanılıb 3 iyun 2012.  İlkin mənbədən 13 sentyabr 2012-ci ildə arxivləşdirilmişdi
  22. Holocaust Memorial Days in the OSCE Region. An overview of governmental practices Arxivləşdirilib 2012-06-06 at the Wayback Machine (ingilscə.). OSCE (January 2010). Yoxlanılıb 20 iyul 2012. İlkin mənbədən 13 sentyabr 2012-ci ildə arxivləşdirilmişdi ., pag
  23.  КОДЕКС ЧЕСТИ Arxivləşdirilib 2009-11-06 at the Wayback Machine. Еврейское слово (2007). Yoxlanılıb 11 iyun 2013.  İlkin mənbədən 11 iyun 2012-ci ildə arxivləşdirilmişdi.
  24.  В США открылась выставка о спасавших евреев албанских мусульманахJewish.ru. Rusiya yəhudi icmaları federasiyası (22.05.2013). Yoxlanılıb 11 iyun 2013. İlkin mənbədən 11 iyun 2012-ci ildə arxivləşdirilmişdi.
  25.  Besa. Muslims Who Saved Jews in World War II Arxivləşdirilib 2012-01-09 at the Wayback Machine (ing.). University of California. Yoxlanılıb 14 iyun 2013.
  26.  SOUTH-EAST EUROPEAN FILM FESTIVAL - LOS ANGELES Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (ingilscə.). seefilmla.org (2009). Yoxlanılıb 11 iyul 2012.
  27. T. Scarlett Epstein OBE. Albania’s remarkable philo-Semitism Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine (ing.). Association of Jewish Refugees (Apr 2010). Yoxlanılıb 11 iyul 2012.
  28.  A Culture of Rescue. Celebrating Jewish-Albanian solidarity against the Holocaust[ölü keçid] (ing.). Embassy of the Republic of Albania in the United Kingdom (November 23, 2012). Yoxlanılıb 14 iyun2013.
  29.  "Студия Гавра" представляет… Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Блог Ботинок (23 сентября 2010). Yoxlanılıb 16 iyul 2012. .

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Jurnallar[redaktə | mənbəni redaktə et]

Saytlar

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Video[redaktə | mənbəni redaktə et]