Alaqurşaq

Alaqurşaq
39°14′52″ şm. e. 46°43′49″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 95[1] nəfər (2008)
Xəritəni göstər/gizlə
Alaqurşaq xəritədə
Alaqurşaq
Alaqurşaq

Alaqurşaq, AlaqurşaqlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd.[2]

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsi şotlanlı tayfası tərəfindən Alaqurşaq yeri adlı sahədə salınmışdır. Oykonim ala (rəng) və qurşaq (kəmər, zolaq) sözlərindən düzəlib, "ala rəngli zolaqda olan kənd" deməkdir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Alaqurşaq kəndi mahalın bir hissəsi olmuşdur.[4] Kürdüstan qəzası ləğv edildikdən sonra Alaqurşaq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[5]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Alaqurşaq kəndi Həkəri çayının sahilindədir.[3]

Əhalisi[redaktə | mənbəni redaktə et]

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[7] 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Alaqurşaq kəndində 80 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 339 nəfər (195 nəfəri kişilər, 144 nəfəri qadınlar) əhali yaşayırdı.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 288. ISBN 978-9952-441-02-4.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. 1 2 Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  5. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  6. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  7. Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
  8. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]