Aksi döyüşü

Aksi döyüşü
Tarix 2 sentyabr e.ə. 31[1][2]
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aksi döyüşü — e.ə. 31-ci il sentyabrın 2-də Qədim Romada vətəndaş müharibəsi dövründə Aksi burunu yaxınlığında dəniz döyüşü.

Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda AntoniKleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]