Adolf Hitlerin rəsmləri

Vyana Dövlət Opera Evi, Adolf Hitler, 1912

İkinci Dünya Müharibəsi əsnasında və sonraki illərdə Almanyadaki Nazi Partiyasına rəhbərlik edən Adolf Hitler həmçinin bir rəssam idi.[1] O, Vyana dövrü əsnasında (1908–13) yüzlərlə əsər yaradıb və dolanışığını təmin etmək üçün rəsmlərini və poçt kartlarını satırdı. Onun bir çox rəsm əsərləri İkinci Dünya müharibəsindən sonra bərpa edildi və on minlərlə dollarlıq hərraclarda satıldı.

Hitlerin tərzi və təsirləri[redaktə | mənbəni redaktə et]

Hitlerin tərzi onun əsərlərində memarlığı təmsil edərkən çoxlu hesablanmışdır. Bəddi təsirində ilərləmək yerinə, əsərləri 19-cu əsrin və ondan əvvəlki rəssamları yamsılayırdı.[2] O əsərlərinin bir çox rəssamlıq cərəyanların sintezi olduğunu iddia edirdi ancaq, Yunan-Roma klasisizmindən, İtalyan Renesansından və Noklasisizmdən çəkirdi. O, bu cərəyanların rəssamlarının texniki qabiliyyətini, eləcə də başa düşülən simvolizmi sevirdi.[3] O, Rudolf von Altı ən yaxşı müəllimi adlandırırdı. Hər ikisinin rəsm əsərlərində oxşar mövzu və rəng tədbiqləri müşahidə olunsa da Alt cəlb edici mənzərələr sərgiləyən təbiət və ətraf mühitə memarlıqdan çox olmasa da eyni dərəcədə əhəmiyyət verirdi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rəssamlıq ambisyası[redaktə | mənbəni redaktə et]

Hitler avtobioqrafiq əsəri olan Mein Kampfda gəncliyində necə peşəkar rəssam olmaq istəməsindən lakin, Vyana İncəsənət Akademiyasına girə bilməyib xəyalarının puça çıxmasından danışır.[4] Hitler akademiyaya iki dəfə, 1907-ci və 1908-ci ildə qəbul ola bilmədi.[5] İlk imtahanında o, ilkin hissədən keçmişdi; hər biri üç saatdan ibarət olan iki sessiyada təsvir edilmiş ikonik və ya İncildəki səhnələrdən iki rəsm çəkməli idi. İkinci hissə isə imtahan verənlərin əvvəl hazırladıqları portfellerin yoxlanılması idi. Hitler ikinci hissədən keçə bilmədi. İnstitut Hitlerin rəsm əsərlərini bəyənmədi[6] və onun rəssamlıqdan çox memarlıq sahəsində istedadı olduğunu hesab etdi. Hitlerin istedadlı olduğuna inanan müəllimlərindən biri, onun akademiyanın memarlıq məktəbinə daxil olmasını məsləhət bildi. Ancaq, bunun üçün yarımçıq qoyub buraxdığı məktəbə geri qayıtmalı idi, hansı ki, o bunu etməyə könülsüz yanaşırdı.

İngilis Müharibəsi Mavi Kitbında yayınlanan 1939-cu il, avqust ayında, İkinci Dünya Müharibəsinin başlanğıcı ərəfəsində baş tutmuş bir müsahibəyə görə, Hitler ingilis səfir Nevil Hendersona demişdir; Mən bir sənətkaram, siyasətçi deyiləm. Polşa məsələsi həll edildikdən sonra həyatımı sənətkar kimi başa çatdırmaq istəyirəm.[4][7]

Vyana dövrü[redaktə | mənbəni redaktə et]

1908–1913-cü illər arası Hitler dolanışığını təmin etmək üçün poç kartları rəngləyirdi və ev boyamaq işi ilə məşğul olurdu. 1910-cu ildə 21 yaşında özünün ilk portretini çəkdi. Bu rəsm və Hitler tərəfindən hazırlanmış on iki digər əsər, 1945-ci ildə Essen şəhərində, ABŞ ordusunun başçavuşu Uill C. MkKenna tərəfindən aşkar edilmişdir.[5]

Məryəm ana və müqəddəs İsa məsih Adolf Hitler 1913-cü il[8]

Vyana dövründə Avstriyalı bir iş adamı və gənc Hitlerin iş ortağı olan Samuel Morqenstern, gənc Hitlerin bir çox rəsmini satın aldı. Morqensternin sözlərinə görə, Hitler 1910-cu iin başlanğıcında, ya 1911-ci il, ya da 1912-ci ildə ilk dəfə onun yanına gəldi. Hitler Morqensternin şüşəsalan mağazasına ilk dəfə gəldikdə Morgensternə üç əsərini təqdim etdi. Morqenstern, müştərilərinin məlumat bazasını saxladı, bu sayəsində gənc Hitler rəsmlərinin alıcılarını tapmaq mümkün idi. Sonra müəyyən olundu ki, alıcıların əksəriyyəti yəhudi imiş. Josef Feingold adına bir hüquqşünas olan Morgenşternin əhəmiyyətli bir müştərisi, Hitlerin köhnə Vyananı təsvir etdiyi şəkillər seriyasını satın almışdı.[9]

Birinci Dünya Müharibəsi[redaktə | mənbəni redaktə et]

Hitler 1914-cü il 25 yaşında Birinci Dünya Müharibəsində xidmətdə olduğu zaman rəsmlərini cəbhəyə aparırdı və boş vaxtlarını sənətlə məşğul olaraq keçirdi. Bu dövrdə çəkdiyi əsərlər siyasətçi olmağından əvvəl sonuncu əsərləri idi. Müharibə dövründə çəkilmiş rəsm əsərləri arasında fermerlərin evləri, soyunma stansiyası kimi mövzulu rəsmlər var idi.

Hərraclıq satışlar[redaktə | mənbəni redaktə et]

İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusu tərəfindən Hitlerin bir neçə rəsm əsəri ələ keçirildi. Digər ələ keçirilmiş materiallar ilə birlikdə ABŞ-yə aparılıb və hələ də nümayiş olunmasına icazə verməyən ABŞ hökuməti tərəfindən saxlanılır.[10] Digər rəsmlər şəxsi kolleksiyalarda saxlanılır. 2000-ci ildə bu rəsmlərin bir hissəsi hərracda satılmağa başlandı.[11] 2009-cu ildə Mudokun Shropshire auksion evi Hitlerin 15 rəsm əsərini ümumilikdə 143358,0 ABŞ dollarına,[12] Ludloun Şorpşayr auksionu isə 13 əsəri 100000,0 avroya satdı.[13] 2012-ci ildə Slovakiyadakı bir auksion evində Hitlerin bir rəsm əsəri 32000,0 avroya satıldı.[14] 2014-cü il 18 noyabrda Münhendəki köhnə qeydiyyat şöbəsinin Hitler tərəfindən çəkilmiş akvarel rəsm əsəri Nürnberqdəki auksionda 130000,0 avroya satıldı. Akvarellə birlikdə Albert Borman tərəfindən imzalanmış bir məktub və bir satış fakturası da satılırdı ki, bunun da rəsmin nisbətən yüksək qiymətə satılmasına təsir göstərdiyi ehtimal edilir.[15] 2017-ci ilin iyulunda, Mullok auksionu Hitlerin iki nadir yağlı boya rəsm əsərini satdı. Onlardan biri dağlıq fonda ev və yanında göl təsviri olan rəsm əsəri idi.[16]

Hitlerin 1910-cu ildə çəkdiyi yağlı boya rəsm əsəri

Bir qrup tədqiqatçı hesab edir ki, Hitlerin həyatı boyunca yaratdığı cəmi 300 ədəd tamamlanmış rəsm əsəri var, ancaq Hitler özünün Mənim mübarizəm kitabında Vyanada yaşadığı müddətdə gündə iki-üç rəsm əsəri yaratdığını yazır. Hitler Vyanada keçirdiyi illər ərzində gündə bir portret yaratmış olsaydı, bu rəqəm 600-dən çox olardı. Hitlerin sənətindəki ən əhəmiyyətli mütəxəssislərdən biri olan Peter Cen Hitlerlə iki müsahibəsi olduğunu bildirir. Müsahibələrinin birində Hitler 1908-ci ildən 1914-cü ilə kimi Vyana və Münhendə keçirdiyi altı il ərzində minlərlə rəsm əsəri yaratdığını, onlardan bir neçəsinin 1911-ci ildə yaratdığı "Cığırdakı ağaclar" rəsmi kimi yağlı boya üslubunda çəkilmiş rəsm əsərləri olduğunu deyib.

Cığırdakı ağaclar, Adolf Hitler (1911)

Jahn 1938-ci il Hitlerin Avstriyanı Almanyaya birləşdirməsindən əvvəl Şulte Strathaus tərəfindən təyin olunmuş insanlardan biri idi. Starthaus 1936-cı ildə Hitler tərəfindən onun 1907-ci ildən 1912-ci ilə və 1921-ci ildən 1922-ci ilə çəkdiyi rəsmləri tapmaq və satın almaq üçün təyin edilmişdir. Jahn təxminən dörd il Hitlerin hərbi xidmətə çağrılmasına qədər onun erkən əsərlərini izləyib.[17] Jahn 1937-ci ildə Almaniyanın Vyanadakı səfirliyində sənət müşaviri oldu hansı ki, bununla o Hitlerin əsərlərinin bir çoxunu deyilənə görə kimi məhv etmək məqsədiylə axtaracaq və satın alacaq və toplayacaqdı. Jahn hazırda Hitler sənətinin təxminən 18 ədədə qədər olan ən böyük kolleksiyalarından birini satmaqdadır, orta satış qiyməti isə 50000 $ təşgil edir.[17]

Hitlerin sənətinin ən geniş şəxsi kolleksiyalarından biri Massaçusets ştatının Natik şəhərində Beynəlxalq İkinci Dünya Müharibəsi Muzeyində yerləşdirilib.[18]

Tənqidi analiz[redaktə | mənbəni redaktə et]

Hitlerin Vyana İncəsənət akademiyasına verdiyi rəsmləri gördükdən sonra Con Günter Avropanın içində adlı kitabında yazmışdır: "Onlar ritm, rəng, hissi və ya mənəvi təsəvvürdən tamamilə məhrum və bayağıdır. Onlar memarın eskizləridir: ağrı verici və dəqiq xətləmələr, başqa heç nə. Vyana professorlarının Hitlerə memarlıq məktəbinə getməsini və saf sənətdən ümidsizcəsinə imtina etməsini demələri heç də təəccüblü deyil."[19]

Bir müasir sənət tənqidçisindən Hitlerin bəzi rəsmlərini, onları kimin çəkdiyi və "olduqca yaxşı" olaraq dəyərləndirildiyi deyilmədən nəzərdən keçirməsi xahiş edildi. Tənqidçi deyib ki, insan fiqurlarını çəkdiyi fərqli üslubu onun insanlara qarşı dərin maraqsızlığını təmsil edir.[20]

Fratelli Alinari tərəfindən hazırlanan Hitlerin Akvareli: Bərpa Olunan Sənət Əsərləri: Rodolfo Sivieroya hörmətlə başlıqlı bir hesabata görə Hitlerin akvareli onun bir rəssam olaraq "amansız" olduğunu isbat edir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Enzo Colotti; Riccardo Mariani. The water colours of Hitler: recovered art works : homage to Rodolfo Siviero ; with texts. Fratelli Alinari spa. 30 June 2005. səh. 5. ISBN 978-88-7292-054-1. 8 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2012.
  2. Owens Zalamaps, Adolf Hitler, 23.
  3. Price, Hitler: The Unknown Artist.
  4. 4,0 4,1 Adolf Hitler; Max Domarus. The essential Hitler: speeches and commentary. Bolchazy-Carducci Publishers. 1 April 2007. 15–. ISBN 978-0-86516-627-1. 7 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2012.
  5. 5,0 5,1 Wilkes, David. "Face of a monster: Self-portrait of Hitler painted when he was just 21 revealed at auction". Daily Mail. 25 March 2009. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2012.
  6. Owens Zalampas, Adolf Hitler, 16.
  7. Gunther, John. Inside Europe. New York: Harper & Brothers. 1940. 1–2.
  8. "Hitler's art". www.sundayobserver.lk. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-02.
  9. Brigitte Hamann; Hans Mommsen. Hitler's Vienna: A Portrait of the Tyrant as a Young Man. Tauris Parke Paperbacks. 3 August 2010. səh. 356. ISBN 978-1-84885-277-8. 7 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2012.
  10. Marc Fisher, "The Art of Evil; Half a century later, the paintings of Adolf Hitler are still a federal case", The Washington Post, Apr. 21, 2002, p. W.26
  11. Ng, David. "Would you buy this painting by Adolf Hitler?". Los Angeles Times. 30 January 2012. 2 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2012.
  12. "Mullocks auction house claims art by Adolf Hitler sold for $143K". New York Daily News. Associated Press. 24 April 2009. 5 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2015.
  13. "Hitler paintings sold at British auction house". Deutsche Welle. 24 April 2009. 10 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2012.
  14. "Hitler painting fetches 32,000 euros in Slovak auction". The Hindu. Agence France-Presse. 30 January 2012. 27 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2015.
  15. Ziv, Stav. "Watercolor Painting by Adolf Hitler Sells for $161,000". Newsweek. 22 November 2014. 5 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2015.
  16. "Arxivlənmiş surət". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  17. 17,0 17,1 Snyder, The Real Deal – Adolf Hitler Original Artworks.
  18. "Natick exhibit: Hitler, 'the failed artist'". August 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2016.
  19. Gunther, John. Inside Europe. New York: Harper & Brothers. 1940. 1–2.
  20. Spotts, Frederic Hitler and the Power of Aesthetics (Overlook TP, 2004), ISBN 978-1-58567-507-4, p. 172. See also Adolf Hitler's Paintings Arxivləşdirilib 2020-08-17 at the Wayback Machine

Mənbələr[redaktə | mənbəni redaktə et]

  • Barron, Stephanie, Degenerate art: The Fate of the Avant-Garde in Nazi Germany (Los Angeles, Calif.: Los Angeles County Museum of Art, 1991).
  • Hitler, Adolf, and Ralph Manheim, Mein Kampf (Boston: Houghton Mifflin Company, 1943).
  • Price, Billy, Hitler: The Unknown Artist (Houston, Texas: Billy F. price Publishing Co., 1983).
  • Snyder, Charles, "The Real Deal — Adolf Hitler Original Artworks Arxivləşdirilib 2019-02-18 at the Wayback Machine", retrieved 10 June 2014.
  • Zalampas, Sherree Owens, Adolf Hitler: A Psychological Interpretation of his Views on Architecture, Art, and Music (Bowling Green, Ohio: Bowling Green University Popular Press, 1990). ISBN 978-0879724870

Əlavə oxu[redaktə | mənbəni redaktə et]

  • Pastore, Stephen R. The Art of Adolf Hitler: A Study of His Paintings and Drawings. Grand Oak Books. 2013.
  • Price, Billy F. Adolf Hitler: The Unknown Artist. Stephen Cook. 1984.
  • Price, Billy F. Adolf Hitler als Maler und Zeichner : ein Werkkatalog der Ölgemälde, Aquarelle, Zeichnungen und Architekturskizzen. Gallant Verlag. 1983.
  • Spotts, Frederic. Hitler and the Power of Aesthetics. The Overlook Press. 2004.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]