Adobe Flash

Adobe Flash
Loqonun şəkli
Tipi kompüter platforması
Tərtibatçı Adobe
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi Microsoft Windows, Linux, macOS
Sayt adobe.com/products/flash…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır.

Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir.

Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır.

Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur. Xüsusi redaktorlardan istifadə etməklə kiçik bir proqram yazmaq olar ki, onun köməyi ilə kliplərin işıqlanmasını idarə etmək, saytlarda xüsusi animasiyalı ön səhifələr (zastavka) yaratmaq olar.

Macromedia Flash texnologiyasının mexanizmi çox sadədir: Veb dizayner tərəfindən yaradılmış interaktiv elementlər və ya animasiyalar HTML səhifəsinə göndərilən interpretə olunmuş koda çevrilir. Kliyent brauzerinin (veb səyyahının) Flash obyektini tanıması üçün istifadəçinin kompyuterinə Macromedia Flash Player adlanan xüsusi proqram (plug-in) instalizə olunur. Bu proqram Macromedia şirkəti tərəfindən pulsuz yayılır. İstifadəçinin brauzeri (veb səyyahı) Flash formatlı sənədlə qarşılaşdıqda, uyğun qovşaqla əlaqə yaradır və nəticədə Flash Player proqramı avtomatik olaraq istifadəçinin kompyuterinə yüklənir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]