Adil İsmayılov (hüquqşünas)

Adil İsmayılov
Adil Əlviz oğlu İsmayılov
Doğum tarixi 5 iyul 1957(1957-07-05)
Doğum yeri
Vəfat tarixi 3 dekabr 2020(2020-12-03) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Milliyyəti azərbaycanlı
İxtisası Hüquqşünas
Təhsili
Fəaliyyəti hüquqşünas, vəkil
Fəaliyyət illəri 1978-2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adil Əlviz oğlu İsmayılov (5 iyul 1957, Göyçay3 dekabr 2020, Bakı) — hüquqşünas, ictimai xadim, vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü.[1] 1990-cı və 2000-ci illərdə məşhur məhkəmə proseslərinin iştirakçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Adil Əlviz oğlu İsmayılov 1957-ci il iyulun 5-də Göyçay şəhərində anadan olmuşdur. Bakı şəhərində S.S.Axundov adına 172 saylı orta məktəbdə təhsil almışdır. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.[1]

İki övladı var: İsmayıl İsmayılzadə və Mikayıl İsmayılzadə

2020-ci il dekabrın 3-də Adil İsmayılov koronavirusdan vəfat etmişdir.[2]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1978-ci ildən prokurorluq orqanlarında başlamışdır. Sumqayıt şəhər prokurorluğunda baş müstəntiq, daha sonra 1983-cü ildə Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi çalışmışdır. 1991-ci ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılaraq vəkil olaraq fəaliyyətə başlamışdır.1995-ci ildə "ADİSAD" hüquq firmasını təsis etmişdir.[3]

Vəkil kimi bir sıra məşhur məhkəmə proseslərində iştirak etmişdir. Adil İsmayılov 1993-cü ildə həbs edilən İsa Qəmbərin, keçmiş daxili işlər naziri İskəndər Həmidovun vəkili olub.

Adil İsmayılov 2008-ci ildə "Qanuni Absurdlar" adlı kitab yazmışdır.Kitabda Azərbaycan Respublikasının Cinayət Məcəlləsindəki boşluqlar,bu Məcəllə ilə başqa Məcəllə arasındakı bəzi ziddiyətli məqamlar müəllif tərəfindən özünəməxsus şəkildə şərh edilmişdir.

2005-ci ildə "Qara kəmər" əməliyyatında DİN generalı Zakir Nəsirovun, 2006-cı ildə Macarıstanda azərbaycanlı hərbçi Ramil Səfərovun, 2015-ci ildə "MTN işi"ndə general Sübahir Qurbanovun hüquqlarını müdafiə edib.

Sonuncu işində isə Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəkili idi.[3] Fəaliyyət göstərdiyi vəkil qurumu, "Hümbətov və partnyorları" vəkil bürosu idi.[4]

Adil İsmayılov vəkillik fəaliyyəti ilə yanaşı ictimai xadim kimi də tanınır və periodik olaraq dövrü mətbuatda məqalələr ilə çıxış edirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "AZƏRBAYCAN RESPUBLİKASININ VƏKİLLƏR KOLLEGİYASI üzvləri, İsmayılov Adil Əlviz oğlu, 268 — VK". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.
  2. "Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.
  3. 1 2 "Adil İsmayılov vəfat etdi". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.
  4. "AZƏRBAYCAN RESPUBLİKASININ VƏKİLLƏR KOLLEGİYASI, İsmayılov Adil Əlviz oğlu". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]