AMEA Elm Tarixi İnstitutu
AMEA Elm Tarixi İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 2014 |
Digər məlumatlar | |
Direktor | Məryəm Seyidbəyli |
Elm Tarixi İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutudur.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]AMEA Elm Tarixi İnstitutu AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli, 8/19 saylı Qərarına əsasən yaradılmışdır.[2]
İnstitutun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəylidir.[3]
Stukturu
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli, 363 saylı "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Qərarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/3 saylı Qərarına əsasən İnstitutun strukturu təsdiq edilmişdir.
Şöbələr
[redaktə | mənbəni redaktə et]- "Təbiət və dəqiq elmlər tarixi" şöbəsi
Əsas fəaliyyət istiqamətləri: təbiət, dəqiq və texniki elmlərin inkişaf mərhələləri; qədim sivilizasiyalarda elmi və texniki inkişaf; Antik dövrdə elm və texnika; orta əsr müsəlman Şərqində elmi–texniki biliklər və nailiyyətlər; XIX–XXI əsrlərdə elmi fənlərin və texnikanın inkişaf istiqamətləri; elm və texnikanın prioritet istiqamətləri.
- "Elm tarixinin nəzəri və metodoloji problemləri" şöbəsi
Əsas fəaliyyət istiqamətləri: elm tarixinin nəzəri və metodoloji problemlərinin işlənib hazırlanması; elmşünaslıq üzrə tədqiqatların metodologiyası; elmi-tarixi faktların fəlsəfi idrakı və ictimailəşdirilməsi; elm və texnika tarixinin araşdırılmasının digər innovativ metodları.
- "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsi
Əsas fəaliyyət istiqamətləri: elmşünaslıq tarixi elmi tədqiqatların istiqaməti kimi; müxtəlif mədəniyyət və tarixi dövrlərdə elmi-texniki biliklər; elm və cəmiyyət imicinin sosial-psixoloji analizi; elmi yaradıcılıq motivasiyası; elmi kollektivlər və onlara rəhbərlik; elm və texnika tarixinin öyrənilməsində sosial, fəlsəfi və statistik tədqiqat üsulları; Azərbaycanda elmi kadrların dinamikası, elmi miqrasiya; elmi potensialın və elmi fəaliyyətin qiymətləndirilməsi; elmi tədqiqatların nəticələrinin səviyyə və keyfiyyət indikatorları (elmmetriya); elmin iqtisadiyyatı; alimin peşəkar cavabdehliyi və etikası; elm siyasəti, elmi və texniki inkişafın planlaşdırılması və proqnozlaşdırılması.
- "Tarixşünaslıq və mənbəşünaslıq" şöbəsi
Əsas fəaliyyət istiqamətləri: Azərbaycan tarixşünas və mənbəşünas alimlərinin bioqrafiya və mətnlər külliyyatının yaradılması və öyrənilməsi; Azərbaycanın elm və texnika tarixi mənbəşünaslığının biblioqrafik və arxiv kataloqunun yaradılması; Azərbaycanın elm və texnika mənbəşünaslığı və tarixşünaslığı qədim dövrlərdən müasir günümüzədək.
Fəaliyyət istiqamətləri
[redaktə | mənbəni redaktə et]Elm Tarixi İnstitutunda aparılmış tədqiqatlar öz əksini onun əsas fəaliyyət istiqamətlərində tapmışdır.
- Elm, texnikanın, onların əsas sahələri və problemlərinin tarixi;
- Azərbaycan Milli Elmlər Akademiyasının və elmi müəssisələrin tarixi;
- Cəmiyyətdə elmin təkamülü;
- Elmşünaslıq;
- Elm və texnika tarixinin mənbəşünaslığı və tarixşünaslığı;
- Elm və texnika tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı;
- Elm və texnika sahəsində maarifçilik fəaliyyəti;
- Elmi-maarifçilik fəaliyyəti (elmin populyarlaşdırılması);
- Elm və texnika abidələri.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Elm Tarixi İnstitutu". 2020-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
- ↑ Elm Tarixi İnstitutunun yaranması[ölü keçid]
- ↑ Elm Tarixi İnstitutunun direktoru