AMEA Şərqşünaslıq İnstitutu

AMEA Şərqşünaslıq İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1958
Digər məlumatlar
Direktor Gövhər Baxşəliyeva
Ünvan AZ1073, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 115
Sayt orientalstudies.az

Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: Filologiya elmləri doktoru, Gövhər Baxşəli qızı Baxşəliyeva.

AMEA-nın Şərqşünaslıq İnstitutu [1958]-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır.

Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir.

İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.N.İmanquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda institutun direktoru professor, müxbir üzv G.B.Baxşəliyevadır.[1]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı;
  • Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri.

Elmi nəticələr

[redaktə | mənbəni redaktə et]

Son beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır. Bu kitabların ən mühümləri aşağıdakılardır:

  • Şihabəd-din an-Hacabu. Cizneopisanie Dcalal ad-Dina Mankburnı. Ərəbcədən tərcümə, ön söz, qeydlər və şərhlər akad. Z.M.Bünyadovundur
  • Əbdi bəy Şirazi. Təkmilət-ül-əkbar. Fars dilindən tərcümə, müqəddimə və şərhlər Ə.Rəhimovundur
  • G.Baxşəliyeva. Əbül-Fərəc əl-İsfahaninin "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı
  • Orta əsrlər Şərqi. Akademik Z.M.Bünyadovun xatirəsinə həsr olunmuş məqalələr toplusu
  • Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə Güney Azərbaycan
  • 1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifi t.e.n. Ş.Mustafayev
  • V.Mustafayev. Cənubi Azərbaycanlıların milli şüuru
  • Türkiyə tarixi və iqtisadiyyatı şöbəsi
  • İran tarixi və iqtisadiyyatı şöbəsi
  • Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsi
  • Ərəb filologiyası şöbəsi
  • İran filologiyası şöbəsi
  • Türk filologiyası şöbəsi
  • Din və ictimai fikir tarixi şöbəsi
  • Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsi
  • Şərq-Qərb şöbəsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU Haqqında". 2010-02-09 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.