3 yanvar
Dekabr – Yanvar – Fevral | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
3 yanvar — Qriqorian təqvimi ilə ilin 3-cü günü.
Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]
- 1431 — Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna D Arkı ingilis kralının nümayəndəsi keşiş Koşona 10 min franka satır.
- 1491 — hüquqşünas Pyotr Ravenskiyə əsəri "Feniks"i çap etdirməyə hüquq verən sənəd verilir. Bu müəlliflik hüququ haqqında tarixdə ilk sənəd sayılır.
- 1804 — Gəncə Rusiya qoşunları tərəfindən işğal olunur.
- 1868 — Yaponiyanın imperator şurasının iclasında imperator hakimiyyətinin bərpası haqqında manifest qəbul edilir. Sasuma və Tyoysyunun qoşunları Kiotodakı imperator sarayını tutur və Meydzi imperator hakimiyyətinin bərpasını elan edirlər.
- 1888 — Vaşinqtonda M.Stoun adlı bir nəfər kokteyl üçün çubuq patentləşdirir. Ona qədər o kağızdan hazırlanırdı.
- 1924 — Tutanhamonın qəbri tapılandan sonra ingilis ekspediyası onun qızıl tabutda mumiyalanmış cəsədini tapır.
- 1934 — SSRİ-də təyyarələrin radiolokasiya ilə yerinin müəyyənləşdirilməsi üçün uğurlu sınaq keçirilir.
- 1962 — Roma Papası Fidel Kastronu kilsədən ayırır.
- 1993 — Moskvada Rusiya və ABŞ arasında strateji silahların ixtisar edilməsi barədə müqavilə bağlanır.
Doğumlar[redaktə | əsas redaktə]
- E.ə. 106 — Mark Siseron, məşhur Roma natiqi, filosof və siyasi xadim, (ö. E.ə. 43).
- 1829 — Konrad Duden, alman dili orfoqrafiya lüğətinin yaradıcısı, (ö. 1911).
- 1876 — Vilhelm Pik, Almaniya Demokratik Respublikasının ilk prezidenti. (ö. 1960)
- 1883 — Klement Ettli, Böyük Britaniyanın dövlət xadimi, 1945-1951-ci illərdə Baş Nazir, qraf (ö. 1967)
- 1929 — Qordon Mur, Intel şirkətinin yaradıcısı.
- 1942 — Daniel Tompson, fransız yazıçısı, rejissor, ssenarist.
- 1956 — Mel Qibson, Avstraliya kökənli Amerika aktyoru və rejissoru.
- 1969 — Mixael Şumaxer, məşhur Formula-1 yarışmasının pilotu. yeddi dəfə dünya çempionu.
Ölümlər[redaktə | əsas redaktə]
- 1501 — Əlişir Nəvai (əsl adı Nizaməddin Mirр), özbək şair, filosof və dövlət xadimi.
- 1804 — Cavad xan Qacarlar nəslindəm olan böyük Azərbaycan sərkərdəsi,dövlət xadimi,Gəncə xanlığının axırıncı xanı
- 1923 — Yaroslav Qaşek (d. 1883), çex satirik yazıçısı.
- 1972 — Frans Mazarel (d. 1889), Belçika rəssamı.
- 1938 — Gülarə Qədirbəyova - azərbaycanlı jurnalist.
- 2017 — Peter Farmer, Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı.
- 2017 — Sesiliya Qonzalez Qomez, Meksikalı siyasətçi.
- 2020 — Qasım Süleymani, İranlı general-mayor,Qüds qüvvələrinin komandiri.