30 iyul
İyun – İyul – Avqust | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
30 iyul - Qriqorian təqvimi ilə ilin 211-ci (uzun illərdə 212-ci) günü. İlin sonuna kimi 154 gün qalır.
Bayramlar[redaktə | əsas redaktə]
Beynəlxalq[redaktə | əsas redaktə]
BMT — Beynəlxalq dostluq günü.
BMT — İnsan alverinə qarşı ümumdünya mübarizə günü.
Milli[redaktə | əsas redaktə]
Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]
Dünyada olan hadisələr[redaktə | əsas redaktə]
Azərbaycanda olan hadisələr[redaktə | əsas redaktə]
Doğumlar[redaktə | əsas redaktə]
Həmçinin: 30 iyulda doğulanlar
XIX əsrə qədər[redaktə | əsas redaktə]
- 1511 — Corco Vazari, İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri.
- 1796 — Nikita Muravyov, Rusiya İmperiyasının Qvardiya heyətinin zabiti və 1825-ci il Dekabristlər üsyanına rəhbərlik etmiş qəsdçilərdən biri.
XIX əsr[redaktə | əsas redaktə]
- 1818 — Emili Bronte, İngiltərə şairəsi.
- 1846 — Laslo Paal, macar impressionist peyzaj rəssamı.
- 1862 — Nikolay Yudeniç, Rusiya hərbçisi, əksinqilabçı, monarxist.
- 1863 — Henri Ford, avtomobil istehsalçısı, "Ford Motor Company" şirkətinin qurucusu.
- 1896 — Ağacəfər Əbdürrəhmanov, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
XX əsr[redaktə | əsas redaktə]
- 1911 — Sergey Vasilyev, görkəmli rus şairi.
- 1925 — Boris Boldırevski, kinoaktyor.
- 1940 — Klayv Sinkler, "ZX Spectrum" mikrokompyuterini istehsal etməklə dünya kompyuteri tarixinə düşən şəxslərdən biri kimi tanınır.
- 1941 — Pol Anka, amerika kinoaktyoru.
- 1945 — Patrik Modiano, Fransız roman yazarı.
- 1947 — Arnold Şvartsenegger, ABŞ aktyoru, bodibilder və ABŞ-ın Kaliforniya ştatının keçmiş (38-ci) qubernatoru.
- 1948 — Jan Reno, Fransa aktyoru.
- 1949 — Taryel Eyvazov, tibb elmləri namizədi, dosent, əməkdar həkim.
- 1957 — Fəxrəddin Musayev, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- 1957 — Hikmət Osmanov, Azərbaycanın ictimai-siyasi xadimi.
- 1960 — Arif Alışanov, azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.
- 1962 — Nadir Əliyev, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- 1962 — Loren Avedon, ABŞ döyüş ustası və aktyoru.
- 1968 — Terri Kryus, ABŞ aktyoru.
- 1969 — Aqil Məmmədov (milli qəhrəman), Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
- 1970 — Kristofer Nolan, Böyük Britaniya və ABŞ rejissoru.
- 1970 — Din Edvards, ABŞ aktyoru.
- 1973 — Ümit Davala, Türkiyə futbolçusu.
- 1974 — Hilari Suonk, amerikalı aktrisa, "Oskar" mükafatının ikiqat sahibidir.
- 1976 — Əhməd Abdullayev, Azərbaycan zabiti, mayor, şəhid.
- 1985 — Elena George, rumın müğənni.
- 1993 — Andre Qomeş, portuqaliyalı futbolçu.
- 1999 — Coi Kinq, amerikalı aktrisa.
Ölümlər[redaktə | əsas redaktə]
Həmçinin: 30 iyulda vəfat edənlər
- 1804 — Karlo Allioni, italyan həkimi, botanik, Turin Universitetinin professoru.
- 1898 — Otto fon Bismark, Prussiya və Almaniyanın XIX əsr görkəmli dövlət xadimi və yaşadığı dövrün dünya siyasətinə ciddi təsir etmiş şəxs.
- 1912 — Meyci, taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur.
- 1941 — Abram Roxlin, menşevik dövlət xadimi.
- 1945 — Qriqori Lemberq, SSRİ operatoru və fotoqrafı.
- 1946 — Nikolay Morozov, rus inqilabçı, alim və ictimai xadimi.
- 1965 — Cuniçiro Tanizaki, yapon yazıçı və dramaturq.
- 1992 — Cavanşir Nağıyev, Qarabağ müharibəsi iştirakçısı, şəhid.
- 1996 — Klodett Kolber, amerika aktrisası.
- 1996 — Əbdül Xalıqov, Azərbaycan SSR-in Əməkdar hüquqşünası.
- 1999 — Rauf Şəfiyev, mühəndis, idman xadimi, Azərbaycanda sambo və cudonun banilərindən biri.
- 2007 — Mikelancelo Antonioni, İtaliya kinorejissoru.
- 2007 — İnqmar Berqman, isveçli olan kino və teatr rejissoru, yazıçısı və ssenaristidir.
- 2007 — Əli Meşkini, müctəhid, İslam alimi.
- 2012 — Meyv Binçi, İrlandiya jurnalisti, yazıçısı.
- 2015 — Sofa Hüseynova, Azərbaycanın xalq artisti, Şöhrət Ordenli aktrisa.