26 Bakı komissarı

1968-ci ilin SSRİ poçtu: "26 Bakı komissarının güllələnməsi" qorelyefi (Sergei Dmitrieviç Merkurov)

Bakı komissarları yaxud 26 Bakı komissarıBakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) əsasən tarixşünaslığa həlak olmaları ilə daxil olmuş rəhbərləri. 1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında edam edilmişdir.

Komissarların siyahısı[redaktə | mənbəni redaktə et]

  1. Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
  2. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
  3. Tatevos Əmirov — kovaler dəstəsinin komandiri.
  4. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.
  5. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
  6. Eyjen Berq — matros.
  7. Anatoli Boqdanov — xidmətçi.
  8. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
  9. Armenak Boryan — jurnalist.
  10. Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
  11. İvan Qabışev — briqada komissarı.
  12. Prokofi CaparidzeBakı Sovetinin İcraiyyə Komitəsinin sədri,
  13. Yakov Zevin — əmək üzrə xalq komissarı.
  14. Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü.
  15. Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
  16. Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
  17. İvan Malıqin — Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
  18. İrakli Metaksa — Şaumyanın şəxsi cangüdəni.
  19. İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
  20. İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
  21. Suren Osepyan"Bakı Sovetinin Xəbərləri" qəzetinin redaktoru.
  22. Qriqori Petrov — Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
  23. Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
  24. Fyodr Solntsev — hərbi işçi.
  25. İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.
  26. Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.

İstinadlar[redaktə | mənbəni redaktə et]