2007 Güləş üzrə Dünya Çempionatı

2007 Güləş üzrə Dünya Çempionatı
Məlumat
Şəhər Bakı, Azərbaycan Azərbaycan
İştirakçı ölkələr 92
İdmançı sayı 810
Medal dəsti 21
Açılış mərasimi 17 sentyabr
Bağlanış mərasimi 23 sentyabr
Keçirildiyi yer Heydər Əliyev adına İdman Arenası
Çempionlar
Sərbəst güləş Rusiya Rusiya Federasiyası
Yunan-Roma güləşi ABŞ ABŞ
Qadınlar arası güləş Yaponiya Yaponiya

Güləş üzrə dünya çempionatı 2007-ci il, sentyabrın 23-dən 17-dək Bakıda, Azərbaycanın paytaxtında keçirilib. Yarış Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmiş, həmçinin 2008-ci il Pekin Olimpiadasına təsnifat turunun hissəsi idi. Belə ki, bütün çəki dərəcələri üzrə ilk 8 yeri tutmuş idmançılar olimpiya oyunlarına vəsiqə aldılar. Bu dünya çempionatında 92 ölkədən 810 idmançı çıxış edib, 25-dan çox ölkədən 130-yə yaxın jurnalist isə çempionatın gedişini izləyib.

Açılış mərasimi[redaktə | mənbəni redaktə et]

Çempionatın açılış mərasimində həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev adına Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva iştirak etmişlər. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan güləş Federasiyasının prezidenti Fazil Məmmədov beynəlxalq idman yarışlarında, son 10 ildə Azərbaycanda keçirilən olimpiya oyunlarında azərbaycan güləşçilərinin və nailiyyətləri haqqında məlumat vermişlər.

Beynəlxalq güləş assosiasiyaları federasiyasının prezidenti (FILA) Rafael Martinetti çıxış etmişdir.Daha sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın həyata keçirdiyi işləri qeyd edib. Sonra Rafael Martinetti Azərbaycan Prezidenti İlham Əliyevə FILA ali mükafatını — "idman Əfsanəsi" medalını təqdim edib[1].

İştirakçılar[redaktə | mənbəni redaktə et]

Çempionatda dünyanın 92 ölkəsinin nümayəndələri iştirak edib. Sərbəst güləş üzrə 313, qadın 198, yunan-roma növündə isə 299 idmançı iştirak edib. Çempionatda cəmi 810 atlet iştirak edib.

İştirakçı ölkələr

Medal Sıralnması[redaktə | mənbəni redaktə et]

 Yer   Ölkə  Qızıl Gümüş Bürünc Toplam
1 Rusiya Rusiya 7 1 5 13
2 Yaponiya Yaponiya 4 1 0 5
3 Bolqarıstan Bolqarıstan 2 1 1 4
4 Gürcüstan Gürcüstan 2 0 2 4
5 Kuba Kuba 1 2 2 5
6 İran İran 1 1 3 5
7 Fransa Fransa 1 1 2 4
8 Çin ÇXR 1 1 1 3
9 Azərbaycan Azərbaycan 1 0 1 2
10 Türkiyə Türkiyə 1 0 0 1
11 ABŞ ABŞ 0 2 5 7
12 Ukrayna Ukrayna 0 2 2 4
13 Qazaxıstan Qazaxıstan 0 1 2 3
14 Kanada Kanada 0 1 1 2
Litva Litva 0 1 1 2
Monqolustan Monqolustan 0 1 1 2
Cənubi Koreya Cənubi Koreya 0 1 1 2
18 Danimarka Danimarka 0 1 0 1
Almaniya Almaniya 0 1 0 1
İsveç İsveç 0 1 0 1
Tacikistan Tacikistan 0 1 0 1
22 Özbəkistan Özbəkistan 0 0 3 3
23 Albaniya Albaniya 0 0 1 1
Ermənistan Ermənistan 0 0 1 1
Belarus Belarus 0 0 1 1
Çexiya Çexiya 0 0 1 1
Qırğızıstan Qırğızıstan 0 0 1 1
Polşa Polşa 0 0 1 1
Rumıniya Rumıniya 0 0 1 1
Serbiya Serbiya 0 0 1 1
Venesuela Venesuela 0 0 1 1
Cəmi 21 21 42 84

Komanda reytinqi[redaktə | mənbəni redaktə et]

Yerlər Sərbəst güləş Yunan-Roma güləşi Qadınlar arası güləş
Ölkə Xal Ölkə Xal Ölkə Xal
1 Rusiya Rusiya 68 ABŞ ABŞ 31 Yaponiya Yaponiya 52
2 Türkiyə Türkiyə 40 Rusiya Rusiya 30 Qazaxıstan Qazaxıstan 39
3 Kuba Kuba 34 Gürcüstan Gürcüstan 28 Ukrayna Ukrayna 39
4 ABŞ ABŞ 32 İran İran 26 Çin ÇXR 36
5 Özbəkistan Özbəkistan 31 Cənubi Koreya Cənubi Koreya 24 ABŞ ABŞ 32
6 Ukrayna Ukrayna 28 Fransa Fransa 23 Kanada Kanada 31
7 İran İran 19 Qazaxıstan Qazaxıstan 21 Rusiya Rusiya 31
8 Qırğızıstan Qırğızıstan 14 Macarıstan Macarıstan 19 Fransa Fransa 26
9 Bolqarıstan Bolqarıstan 12 Bolqarıstan Bolqarıstan 18 Almaniya Almaniya 16
10 Monqolustan Monqolustan 12 Litva Litva 17 İsveç İsveç 16

Yarışların nəticələri[redaktə | mənbəni redaktə et]

Yunan-roma güləşi üzrə mübarizədə ABŞ komandası birinci,Rusiya ikinci, Gürcüstan isə üçüncü olmuşdur.Azərbaycan komandası 11 xal toplayaraq, 16-ci yeri tutub.İran güləşçisi Həmid Sariyal üç qat və Kuba Mizhain Lopez — iki qat dünya çempionu oldular.

Sərbəst güləş növündə 68 xal toplayan Rusiya komandası birinci, Türkiyə komandası isə 40 xalla ikinci Kuba (34 xal) isə üçüncü yeri tutmuşdur. Azərbaycan komandası 12 xalla 9-cu yeri tutşdur. Rusiya güləşçisi Hacımurad Qatsalov üçqat dünya çempionu olmuşdur. Rusiyadan başqa 66 kq çəki dərəcəsində Türkiyəli güləşçi Ramzan Şahin qalib olmuşdur.

Qadın güləşi üzrə birinci yeri Yaponiya, ikinci yeri Qazaxıstan , üçüncü yeri isə Ukrayna, komandaları tutmuşlar.Azərbaycan komandası 11-ci yerə layiq görülmüşdür. Bundan başqa Yapon idmançıları Saori Yosida və Kaori Ityo beşqat dünya çempionu oldular.Çempionat sahiblərinin komandası bir qızıl və bir bürünc (Fərid Mansurov) (Çamsulvara Çamsulvarayev), 2 medal aldı.Fərid Mansurov müstəqil Azərbaycandan dünya çempionatlarında qızıl medal alan ilk yunan-roma güləşçisi oldu.2008-ci il Olimpiya Oyunlarına qalan 3 lisenziyanı isə Mariya Stadnik Yuliya Ratkeviç və Olesya Zamula əldə etdilər[1].

Çempionatın təşkilinə görə Azərbaycan Milli olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan güləş Federasiyasının Prezidenti Fazil Məmmədov və federasiyanın vitse-prezidenti Namiq Əliyev yüksək səviyyədə və güləşin inkişafı qarşısında xidmətlərinə görə FILA ali mükafatı ilə təltif olundular[1].

Sərbəst güləş (kişilər)[redaktə | mənbəni redaktə et]

Kateqoriya Qızıl Gümüş Bürünc
55 kq-a qədər Rusiya Besik Kuduxov Monqolustan Bayaraaqiyn Naranbaatar Belarus Rizvan Hacıyev
Kuba Andy Moreno
60 kq-a qədər Rusiya Mavlet Batirov Bolqarıstan Anatoli Quydya Qırğızıstan Bazar Bazarquruev Bazar
Albaniya Saxit Prizreni
66 kq-a qədər Türkiyə Ramazan Şahin Kuba Heandri Qarson Rusiya İrbek Farniev
Gürcüstan Otar Tuşişvili
74 kq-a qədər Rusiya Maxaç Murtazaliev Ukrayna İbrahim Aldatov Kuba İvan Fundora
Azərbaycan Çamsulvara Çamsulvaryev
84 kq-a qədər Rusiya Qeorqi Ketoev Tacikistan Yusup Abdusalomov İran Rza Yazdani
Özbəkistan Zaurbek Soxiev
96 kq-a qədər Rusiya Hacımurad Qasalov İran Səid Ebraximi Özbəkistan Qurban Qurbanov
ABŞ Daniel Korme
120 kq-a qədər Rusiya Bilal Maxov Kuba Aleksis Rodriqes Özbəkistan Artur Taymazov
Ukrayna Vadim Tasoev

İstinadlar[redaktə | mənbəni redaktə et]