1982 Avroviziya Mahnı Müsabiqəsi

1982 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 24 aprel 1982
Aparıcı(lar) Yan Liminq
Kanal Böyük Britaniya BBC
Keçirilən yer Harroqeyt Beynəlxalq mərkəzi,
Harroqeyt, Böyük Britaniya
Qalib mahnı Almaniya Almaniya
"Ein bißchen Frieden"
Seçki sistemi Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı 18
İlk dəfə iştirak edən ölkələr Olmayıb
İştirakdan imtina edən ölkələr Fransa Fransa
Yunanıstan Yunanıstan
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1981        1983 ►

1982 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1982; fr. Concours Eurovision de la chanson 1982) — sayca 27-ci Avroviziya Mahnı Müsabiqəsidir. Bucks Fizz qrupunun ifa etdiyi "Making Your Mind Up" mahnısı ilə 1981 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1982-ci ildə Böyük Britaniya müsabiqəyə yeddinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Böyük Britaniyada yerləşən Harroqeyt kurortunda Harroqeyt Beynəlxalq mərkəzində keçirilmişdir. Müsabiqə 1982-ci ilin 24 aprel tarixində baş tutmuşdur. Müsabiqənin açılışında əvvəlcə Avropanın xəritəsi, daha sonra isə zalda müsabiqədə iştirak edən ölkələrin dilində "Where is Harrogate?" (Harroqeyt haradır?) yazıları görünmüşdür.

Fransa son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1982-də iştirakdan imtina etmişdir. Yunanıstan da ilk öncə iştirak etməyi planlaşdırsa da, daha sonra maliyyə çətinliklərini səbəb göstərərək iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Almaniya təmsilçisi Nikol ifa etdiyi "Ein Bißchen Frieden" adlı mahnı ilə qalib gəlmişdir. Bu Almaniyanın Avroviziyada ilk qalibiyyəti idi.

Final[redaktə | mənbəni redaktə et]

Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal
01 Portuqaliya Portuqaliya Portuqalca Doce "Bem bom" Çox yaxşı 13 32
02 Lüksemburq Lüksemburq Fransızca Svetlana "Cours après le temps" Zamanın ardınca qaç 6 78
03 Norveç Norveç Norveçcə Yan Teiqen və Anita Skorqan "Adieu" Sağ ol 12 40
04 Böyük Britaniya Böyük Britaniya İngiliscə Bardo "One Step Further" Bir addım uzaq 7 76
05 Türkiyə Türkiyə Türkcə Neco "Hani?" Harada? 15 20
06 Finlandiya Finlandiya Fincə Koyo "Nuku pommiin" Yatıb qalmaq 18 0
07 İsveçrə İsveçrə Fransızca Arlette Zolya "Amour on t'aime" Sevgi, biz səni sevirik 3 97
08 Kipr Kipr Yunanca Anna Vissi "Mono I Agapi" (Μόνο η αγάπη) Yalnız sevgi 5 85
09 İsveç İsveç İsveçcə Chips "Dag efter dag" Günbəgün 8 67
10 Avstriya Avstriya Almanca Mess "Sonntag" Bazar günü 9 57
11 Belçika Belçika Fransızca Stella "Si tu aimes ma musique" Əgər musiqimi sevirsənsə 4 96
12 İspaniya İspaniya İspanca Lusiya "Él" O 10 52
13 Danimarka Danimarka Danca Brixx "Video, Video" Video, Video 17 5
14 Yuqoslaviya Yuqoslaviya Serbcə Aska "Halo, Halo" Salam, Salam 14 21
15 İsrail İsrail İvritcə Avi Toledano "Hora" (הורה) Hora 2 100
16 Niderland Niderland Niderlandca Bill van Dayk "Jij en ik" Sən və mən 16 8
17 İrlandiya İrlandiya İngiliscə The Duskeys "Here Today Gone Tomorrow" Bugün burada dünən bitdi 11 49
18 Almaniya Almaniya Almanca Nikol "Ein bißchen Frieden" Biraz sülh 1 161

Nəticələr[redaktə | mənbəni redaktə et]

Səsvermə nəticələri
Cəmi Portuqaliya Lüksemburq Norveç Böyük Britaniya Türkiyə Finlandiya İsveçrə Kipr İsveç Avstriya Belçika İspaniya Danimarka Yuqoslaviya İsrail Niderland İrlandiya Almaniya
Portuqaliya 32 7 4 5 2 1 6 1 4 2
Lüksemburq 78 6 7 6 3 7 2 8 5 4 5 7 10 8
Norveç 40 6 4 4 6 2 2 6 10
Böyük Britaniya 76 4 12 6 10 4 5 3 12 1 2 6 2 1 7 1
Türkiyə 20 8 3 1 3 3 2
Finlandiya 0
İsveçrə 97 2 2 4 12 2 6 2 10 12 7 10 10 10 8
Kipr 85 5 4 12 3 8 8 5 3 7 5 7 12 6
İsveç 67 7 3 8 5 3 4 8 5 4 8 2 5 3 2
Avstriya 57 10 7 7 6 8 6 4 4 5
Belçika 96 8 5 5 2 6 5 2 8 7 4 10 10 7 6 3 4 4
İspaniya 52 1 8 6 7 10 4 1 8 7
Danimarka 5 3 1 1
Yuqoslaviya 21 4 1 12 1 3
İsrail 100 10 10 1 1 12 10 2 10 7 7 6 1 3 8 12
Niderland 8 3 5
İrlandiya 49 1 2 7 1 6 5 5 3 5 8 3 3
Almaniya 161 12 10 8 12 10 12 12 8 1 10 12 12 12 12 6 12

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]