Əsgəran toqquşması

Əsgəran toqquşması
Tarix 1988
Yeri
Münaqişə tərəfləri

Azərbaycanlılar

Ermənilər

İtkilər

2 nəfər mülki şəxs

yoxdur

Əsgəran toqquşması1988-ci il fevralın 22-23-də Əsgəran şəhərində baş vermiş toqquşma Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan başlanğıc nöqtələrindən biri olmuşdur[1]. Əsgəran toqquşmasının ardınca Sumqayıt hadisələri baş verir.

Toqquşma[redaktə | mənbəni redaktə et]

1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu daşıyan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul edirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbaycanlı sakinləri dinc nümayiş keçirirlər.

Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci — Əli HacıyevBəxtiyar Quliyevi qətlə yetirirlər.[2] Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin baş prokrorunun birinci müavini F. Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyir.[3][4]

Bu toqquşmaların xəbəri fevralın 27-də Sumqayıt şəhərinin erməni sakinlərinə qarşı Sumqayıt talanına səbəb olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.
  2. "Bitməyən münaqişənin ilk toqquşması". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.
  3. The New York Times, 11 March 1988, p. A6
  4. "Qarabağ münaqişəsini başladan QƏTL: Əsgəran etirazının pərdə arxası". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.