Əmiranlar

Əmiranlar
39°48′04″ şm. e. 47°07′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 400 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 99 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Əmiranlar xəritədə
Əmiranlar
Əmiranlar

ƏmiranlarAzərbaycan Respublikasının Xocavənd rayonunun Əmiranlar kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmiranlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri mütəmadi olaraq müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulur.[3]

19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Əmirallar kənd adının əsli Əmiralılar olmuşdur. Yaşayış məntəqəsini əmiralı nəslinə mənsub olan ailələr saldığı üçün belə adlandırılmışdır.[4] Bəzi tədqiqatçılar isə toponimi "əmir alanlar" kimi izah edirlər. Deyilənə görə, bura çatdırılan əmirlər, fərmanlar ərazidə elan olunur, həm də onun icrasına nəzarət edilirmiş. Bu səbəbdən kənd əmir alanlar, yaxud azacıq təhriflə əmrallar adlanıb. Əmiralılar (eymuralılar) etnonimdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Xocavənd rayonunun mərkəzi olan Xocavənd şəhərindən 3 kilometr şimal-şərqdə, Ağdam-Füzuli şose yolu (Bəzirgan) kənarında, Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] XXXX XXXX XXXX
2009[6] ↗XXXX ↗XXXX ↗XXXX

Kənd əhalisinin sayı 700 nəfərdir. Kənddə əmirallar, bəhrəmlilər, avşarlar, avdallar və s. adlı tayfa, tirə və nəsillər vardır.

Şəhidləri[redaktə | mənbəni redaktə et]

  • Balakişiyev Cəmil Xanalı oğlu 1954-1992
  • Zeynalov Aydın Xandəmir oğlu 1947-1988
  • Bayramov Tağı Hüseyn oğlu 1965-1991
  • Bəhrəmov Vaqif Cəlil oğlu 1955-1991
  • Bədirov Yunis Nərçə oğlu 1973-1993
  • Həsənov Asif Ağamirzə oğlu 1960-1991
  • İbrahimov Şahmar Yelmar oğlu 1962-1992
  • İmanov Şükür Şəfa oğlu 1971-1993
  • Nəsibov Müseyib Qaraca oğlu 1948-1992
  • Rəhmanov Yasin Şahmar oğlu 1954-1992
  • Rüstəmov Nəsib Qərib oğlu 1957- 1992
  • Məmmədov Habil Sovet oglu 1971-1992

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, bostançılıq, bağçılıq və üzümçülüklə məşğul olur.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din[redaktə | mənbəni redaktə et]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-11.
  3. "Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutuldu". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  4. Əmiranlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]