Əlisöhbət Sumbatzadə

Əlisöhbət Sumbatzadə
Doğum tarixi 8 (21) yanvar 1907
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1992(1992-01-28)[1] (85 yaşında)
Vəfat yeri
Elm sahəsi tarix
Elmi dərəcəsi
Təhsili
Tanınmış yetirməsi Qəmərşah Cavadov
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sumbatzadə Əlisöhbət Sumbat oğlu (8 (21) yanvar 1907, Bakı28 yanvar 1992[1], Bakı) — tarix elmləri doktoru (1948), professor (1954), AMEA-nın müxbir üzvü (1954), həqiqi üzvü (1958), Azərbaycan SSR-nin (5-ci çağırış) deputatı və Rəyasət heyətinin üzvü (1959–1963), görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi.

Səməd Vurğun küçəsində Əlisöhbət Sumbatzadənin barelyefi (solda)

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlisöhbət Sumbatzadə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O, 1921–1926-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, 1926–1930-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil almışdır.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əlisöhbət Sumbatzadə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri, 1959–1963-cü illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1957–1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse prezidenti olmuşdur. 1959–1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırış) deputatı və Rəyasət Heyətinin üzvü seçilmiş, 12 cildlik "SSRİ tarixi"nin baş redaksiya heyətinin, ASE elmi redaksiya şurasını üzvü olmuşdur.[2]

Sumbatzadə 1963–1969-cu illərdə Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru, 1970–1972-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsini yerinə yetirmişdir. O, 1970–1981-ci illərdə AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, 1982–1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifələrində işləmişdir.[2]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əlisöhbət Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1954-cü ildə professor elmi rütbəsini almışdır. Həmin ildə Azərbaycan SSR EA-nin müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.[2]

Əlisöhbət Sumbatzadə 1964-cü ildə "XIX əsrdə Azərbaycan sənayesi" əsəri ilə tarixşünaslıqda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoymuşdur. O, həmçinin Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs göstərmiş və uzun illərdən bəri apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə "Azərbaycanlılar – etnogenez və xalqın formalaşması" adlı son dərəcə vacib monoqrafiyanı yazmış və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın əsasını qoymuşdur.[2]

Əlisöhbət Sumbatzadə 1980-ci ildə çap olunmuş "Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı", "Sovet tarix elmi 1975–1979-cu illərdə" və 1988-ci ildə nəşr olunmuş "Azərbaycan xalqının etnogenezi" və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olmuşdur. Professor ölkə və beynəlxalq miqyaslı simpozium, konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.[2]

1957–1982-ci illərdə Əlisöhbət Sumbatzadə elmi rəhbərliyi altında aparılan tədqiqatlar Azərbaycan xalqının milli tarixi, arxeologiyası, etnoqrafiyası, memarlığı, incəsənəti, dili, ədəbiyyatı, iqtisadiyyatı, fəlsəfi fikri və şərqşünaslığının ən ümdə problemlərinin araşdırılmasına yönəldilmişdir. Tarixi və iqtisad elmləri sahəsində yüzlərlə yüksəkixtisaslı alim-tədqiqatçıların hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur.[2]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 1958-ci ildə Azərbaycan SSR-in "Əməkdar elm xadimi" fəxri adı;
  • 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı;
  • 1977-ci ildə "Qırmızı əmək bayrağı" ordeni;
  • 1987-ci ildə "Xalqlar Dostluğu" ordeni;[2]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Azərbaycan televiziyası tərəfindən istehsal edilmiş Akademik Əlisöhbət Sumbatzadə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Присоединение Азербайджана к России и его прогрессивные последствия в области экономики и культуры (XIX — нач. XX в.) (Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri), (Bakı, 1955. (rusca))
  2. "XIX əsrdə Azərbaycan Sənayesi" (Bakı, 1964, "Elm" nəşriyyatı)
  3. "SSRİ tarixi" 4 cild. (Moskva, 1967)
  4. "Zaqafqaziyada Sovet Hakimiyyətinin qələbəsi" (Tbilisi, 1971)
  5. "Böyük Oktyabrın tarixi təcrübəsi" (Moskva, 1975)
  6. "Qeyri-kapitalist inkişaf yolu və müasirlik" (Ulan-Bator, 1977)
  7. "Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı" (Bakı, 1980)
  8. "Sovet tarix elmi 1975–1979-cu illərdə" (Moskva, 1980)

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 3 4 5 6 7 8 9 "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Səmədzadə, Z. Əlisöhbət Sumbat oğlu Sumbatzadə//Səmədzadə Z. İqtisadi tərəqqiyə həsr edilən ömürlər: Azərbaycanın iqtisadçı alimləri: AMEAnın həqiqi və müxbir üzvləri, professorlar, iqtisad elmləri doktorları /elmi red.: S. Səfərov, T. Hüseynov.- Bakı, 2002.-S. 28–37.
  • Əlisöhbət Sumbat oğlu Sumbatzadə //A. A. Bakıxanov adına Tarix İnstitutu /elmi red. Y. Mahmudov; tərt. G. N. Məmmədova; red. C. Ə. Bəhramov, E. Ə. Məhərrəmov; AMEA.-Bakı, 2005.- S.10.
  • Азербайджанцы — этногенез и формирование народа /А.С.Сумбатзаде; АН АзССР, Ин-т Истории, Востоковедения и Центр Научной Информации.- Баку: Элм, 1990.- 304 с.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]