Əfəndilər (Cəbrayıl)

[[Kateqoriya:]]

Əfəndilər
39°25′44″ şm. e. 47°02′49″ ş. u.
Ölkə
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 810 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əfəndilər xəritədə
Əfəndilər
Əfəndilər

ƏfəndilərAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Əfəndilər kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2][3]

Tarixi[redaktə | mənbəni redaktə et]

  Əfəndilər kəndi qədim yurd yerlərimizdən biri olan Cəbrayıl rayonu ərazisində yerləşir. İslam dinini yaymaq üçün Ərəbistandan Türkiyəyə,  Zəngəzurun əvvəl Amasya, sonra Sisyan vilayətlərinə, oradan da Qarabağa gələrək müxtəlif istiqamətlərə yayılan  ilk seyidlər nəslinin məskunlaşdığı  ərazidir.   Kənd 1993-cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bir çox yaşayış məntəqələri də daxil olmaqla Əfəndilər kəndini işğaldan azad etdi. 

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

  Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı, heyvandarlıq və xalçaçılıq təşkil etmişdir.  "AZƏRTAC" -ın yayımladığı "Cəbrayıl xalçaları" məqaləsində XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər və  başqa kəndlərdə  toxunan xalçaların dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edildiyi qeyd olunmuşdur. 

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  2. "Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edildi". qafqazinfo.az (az.). 9 oktyabr 2020. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  3. "Azerbaijani Army liberates Hadrut settlement and eight villages from occupation - LIST". APA.az (ingilis). 9 October 2020. 10 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020. Villages, liberated by the Azerbaijani Army from occupation besides Hadrut settlement, have been revealed, APA reports. President Ilham Aliyev said in his address to the nation that besides Hadrut settlement, Chayli, Yukhari Guzlak, Gorazili, Gishlag, Garajali, Afandilar, Sur, and Suleymanli villages have been liberated from the occupation: "Operation is being executed fully", stressed head of state.

https://portal.azertag.az/az/node/18555 Cəbrayıl xalçaları

Həmçinin bax[redaktə | mənbəni redaktə et]