Şoci

Şoci qapısı olan yapon otağı.

Şoci (障子?)Yaponiya memarlığında taxta çərçivə üzərində şəffaf kağızdan ibarət olan, taxta və ya bambuk qəfəslə əhatə olunan qapı, pəncərə və ya otaq ayrıcısı. Ənənəvi şocidə ənənəvi yapon kağızı vaşi işlənsə də, müasir dövrdə şocinin hazırlanmasında sənaye kağızından və plastikdən də istifadə olunur.[1]

Funksiya[redaktə | mənbəni redaktə et]

Şocilər döndürülən qapılardan fərqli olaraq yana sürüşdürülərək açılıb-bağlandığından otaqda daha çox yerin olmasını təmin etmək funksiyasını daşıyır.

Şocilər adətən ənənəvi evlərdə (bəzən hətta Qərb stilindəki evlərdə), xüsusilə vaşitsularda (ənənəvi yapon otağı) istifadə olunur. Müasir memarlıqda şoci tikilinin xarici memarlığından istifadə olunmur.

Yaponiya yazıçısı Cuniçiro Tanizaki Yaponiya estetikası və memarlığından bəhs edən "Kölgələrin tərənnümündə" adlı kitabında şocinin işıq və kölgə arasındakı qarşılıqlı əlaqədə şocinin rolundan bəhs edir.

Terminologiya[redaktə | mənbəni redaktə et]

Əvvəllər şoci sözü həm fusuma sözü (keçmiş karagami shōji (唐紙障子?)), həm də şoci (keçmiş akari shōji (明り障子?)) sözü üçün işlədilirdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Van Arsdale, Jay. Shoji: How to Design, Build, and Install Japanese Screens. Kodansha International. 2013. ISBN 9781568365336.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]