Şimali Atlantika müqaviləsi

Şimali Atlantika müqaviləsi
Müqavilənin tipi Hərbi alyans
İmzalanma tarixi 1949
İmzalanma yeri Vaşinqton
Qüvvəyə minməsi 24 avqust 1949
Tərəflər 29
Dili çex dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Atlantika müqaviləsiŞimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) hüquqi əsaslarını müəyyən edən müqavilə. "Vaşinqton müqaviləsi" də adlanır. Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində imzalanıb. Vaşinqton müqaviləsinin əsas məqsədi siyasi və hərbi vasitələrdən istifadə etməklə üzv dövlətlərin azadlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində ABŞ diplomatı Teodor Axillesin sədrlik etdiyi komitə tərəfindən hazırlanaraq imzalanmaq üçün təqdim edilib. Müqavilə ilə əlaqədar gizli danışıqlar 22 mart və 1 aprel 1948-ci ildə Pentaqonda keçirilmişdir. Bu müzakirələrlə bağlı Axilles qeyd edirdi:

Danışıqlar iki həftə davam elədi və artıq müzakirələr başa çatanda bir müqavilənin olacağı gizli şəkildə razılaşdırılmışdı. Və onun qaralama vəziyyətində bir nüsxəsini seyfimin aşağı siyirməsində qoymuşdum. Sənəd Cekdən (Con Dyui Hikerson) başqa heç kimə göstərilməmişdi. Mən onu özümdə saxlamaq istəyərdim, ancaq Departamenti tərk edəndə vicdanlı bir şəkildə onu seyfimdə saxladım və götürmədim. Daha sonra onu arxivlərdə izləmək imkanım da olmadı. O, Rio müqaviləsi və bir qədər də Brüssel müqaviləsindən götürülmüşdür. Nəticə etibarilə, müqavilə məndəki sənədin ümumi formasını özündə əks etdirir, lakin bir sıra mühüm fərqlərlə.[2]

Teodor Axilles

Axillesin qeyd etdiyinə görə müqavilənin digər əsas müəllifi Con Dyui Hikerson idi:

Hər kəsdən çox Cek müqavilənin təbiəti, məzmunu və forması üçün məsuliyyət daşıyırdı... Bu, bir nəfərin - Hikersonun müqaviləsi idi.[2]

Teodor Axilles

Müqavilə fikrən Sovet İttifaqının Qərbi Avropaya silahlı hücumu ilə əlaqədar yaradılmışdır, lakin Soyuq müharibə dövründə qarşılıqlı özünümüdafiə məsələsi qaldırılmamışdır. Əksinə, bu məsələ ilk dəfə 2001-ci ildə Dünya Ticarət MərkəzinəPentaqona 11 sentyabr 2001-ci il tarixli hücumlara cavab kimi qaldırılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, NATO müqavilənin 5-ci maddəsinə də bütün tarixi ərzində ilk dəfə 2001-ci il hadisələrindən sonra müraciət etmişdir.[3]

Brüssel müqaviləsi Qərbi Avropa İttifaqının təsisolma sənədi olmaqla yanaşı, Şimali Atlantika müqaviləsinin imzalanmasına aparan yolda ilk addım oldu. Adı çəkilən müqavilənin imzalanmasından sonra ABŞKanada ilə vahid Şimali Atlantika İttifaqının yaradılmasına dair danışıqlara başlanıldı. Axillesin də qeyd etdiyi həmin danışıqlarda əsas məsələ kimi Avropa ilə Şimali Amerika arasında təhlükəsizlik və öhdəliklərə əsaslanan təminat məsələləri irəli sürülmüşdür. Brüssel müqaviləsini imzalayan dövlətlər (Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland və Fransa) Danimarka, İslandiya, İtaliya, Norveç və Portuqaliyanı bu prosesdə iştirak etməyə dəvət etdilər. Qeyd olunan danışıqlar Vaşinqton müqaviləsinin imzalanması ilə başa çatdı.[1]

Üzvlər[redaktə | mənbəni redaktə et]

Qurucu üzvlər[redaktə | mənbəni redaktə et]

Hazırda NATO-ya üzv olan dövlətlər
NATO-ya üzvlüyün xronoloji xəritəsi

Aşağıdakı on iki dövlət müqaviləni ilk imzalayan dövlətlər olduğuna görə NATO-nun qurucu üzvləri hesab olunurlar. Aşağıdakı liderlər öz dövlətlərinin səlahiyyətli nümayəndələri kimi Vaşinqton şəhərində müqaviləni imzalamışlar:[4][5]

Sonrakı üzvlər[redaktə | mənbəni redaktə et]

Aşağıdakı on yeddi dövlət müqaviləyə sonradan qoşulmuşdur:

Məzmunu[redaktə | mənbəni redaktə et]

Cəmi 14 maddədən ibarət olan Şimali Atlantika müqaviləsinin preambula hissəsində qeyd olunur ki, müttəfiq dövlətlərin məqsədi bütün Şimali Atlantika zonasında sülh və dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir.[1]

Müqaviləyə əsasən üzv dövlətlər fərdi və kollektiv şəkildə müdafiə potensialının saxlanılması üçün məsuliyyət daşıyırlar. Vaşinqton müqaviləsində bloka üzv olan ölkələrin hər hansı birinə təhlükə yarandığı təqdirdə iştirakçı dövlətlər arasında məsləhətləşmələrin aparılması nəzərdə tutulmuşdur.

Müqavilənin 5-ci maddəsində kollektiv özünümüdafiə məsələlərindən bəhs olunur. Həmin müddəa BMT Nizamnaməsində də nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunur ki, NATO-nun bir və ya bir neçə üzvünə silahlı hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaqdır.

Müqavilənin 7-ci maddəsində böhranların tənzimlənməsi məsələləri öz əksini tapmışdır.

Müqavilədə qeyd olunur ki, müqavilənin prinsiplərini inkişaf etdirmək qabiliyyətinə malik, Şimali Atlantika regionunun təhlükəsizliyinə öz töhfələrini verə biləcək Avropa ölkələri müqaviləyə qoşulmaq dəvəti ala bilər.

Müqavilədə eyni zamanda müxtəlif ölkələrin beynəlxalq iqtisadi siyasətlərində ortaya çıxa biləcək münaqişələrin həll olunması məsələləri də öz əksini tapmışdır.[1]

13-cü maddəyə görə istənilən iştirakçı dövlət denonsasiya barədə bir il əvvəldən xəbərdar etməklə NATO-nu tərk edə bilər.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Azərbaycanın Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiyası: yaranması, inkişafı və perspektivləri. Zülfəli İbrahimov, 2009" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-26.
  2. 1 2 "Theodore Achilles Oral History Interview". Truman Library. 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
  3. "NATO məlumat kitabı" (PDF). 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-26.
  4. Bevans, Charles Irving. North Atlantic Treaty // Treaties and other international agreements of the United States of America 1776–1949. Volume 4, Multilateral 1946–1949. Washington, D.C.: Department of State. 1968. səh. 831. LCCN 70600742. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-01.
  5. "MEET THE SIGNATORIES". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-26.