Şəhriyar (şəhər)

Şəhriyar
38°08′ şm. e. 46°49′ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Şəhriyar xəritədə
Şəhriyar
Şəhriyar

Şəhriyar (fars. شهریار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında tikilən yeni şəhər. Şəhərin tikinti sahəsi TəbrizƏhər yolunun 5 kilometrliyində yerləşir.

Şəhər əhalisinin tikintinin yekunlaşdırılmasından sonra 170,000 nəfərdən ibarət olacağı, şəhər ərazisinin isə 1,500 hektarı əhatə edəcəyi gözlənilir.

Şəhərsalma layihəsinin reallaşdırılması üçün İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Şirkəti Cihad Xanəsaziyi Azərbaycani Şərqi" (Şərqi Azərbaycan Cihad Tikinti Şirkəti) tərəfindən 13,000 milyard rial sərmayə ayrılıb. Şəhriyar şəhəri, özəl sektor tərəfindən Cihad Tikinti Şirkəti ilə əməkdaşlıqda inşa ediləcək ilk şəhərdir. Yeni salınacaq şəhərdə torpaq sahələrinin bir hissəsi birbaşa dövlətə məxsus olacaq. Sözügedən şirkət, şəhərsalma layihəsinin icrası üçün təxminən 1,500 hektar ərazi əldə edib.

Şəhriyar şəhərinin tikinti planı 4 mərhələdən ibarətdir. Şəhərdə 60,000 yaşayış sahəsinin (villa və mənzilin) tikilməsi planlaşdırılır. Onların tikintisi yeni şəhərin baş planına əsasən, köməkçi bina və qurğuların tikintisiylə birlikdə həmin dörd mərhələnin çərçivəsində tətbiq olunacaqdır. 2015-ci ildə başlanılmış birinci mərhələnin 2016-cı ilin sonunda istifadəyə hazır olacağı, qalan mərhələlərin 2028-ci ilədək istifadəyə veriləcəkləri, habelə ilk məskunların yeni şəhərə 2019—2020-ci illər arası yerləşdiriləcəyi proqnozlaşdırılmışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "طرح هایی که رئیس جمهوری در آذربایجان شرقی افتتاح کرد". Rouhani Dolat news. May 2015. İstifadə tarixi: 31 May 2015.
  • "جزئیات تاسیس شهر جدید «شهریار» توسط بخش خصوصی". Aharabnews. May 2015. 29 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 May 2015.

İstinadlar[redaktə | mənbəni redaktə et]