Şövkət Səlimova

Şövkət Səlimova
Doğum tarixi 25 dekabr 1920(1920-12-25)
Doğum yeri
Vəfat tarixi 2 iyul 1999(1999-07-02) (78 yaşında)
Vəfat yeri
Mükafatları "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
"Qırmızı ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964);[1] Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.

1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.

1999-cu ildə Bakı şəhərində vəfat etmişdir[3].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur[1].

Müharibə illəri[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı[1]. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur[1].

Elmi-pedaqoji fəaliyəti[redaktə | mənbəni redaktə et]

1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti[1], tərbiyə üzrə prorektor[1] və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir[1][4].

1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır[3].

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Qadın gəmi kapitanı Azərbaycan vətəndaşı Şövkət Səlimova [ölü keçid]  (az.)
  2. Şövkət Səlimova qadin.net saytında Arxivləşdirilib 2015-03-22 at the Wayback Machine  (az.)
  3. 1 2 "SƏLİMOVA Şövkət Şahbaz qızı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
  4. İctimai elmlər kafedrası [ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]