İv Arnold

İv Arnold
İv Kohen
Doğum tarixi 21 aprel 1912(1912-04-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 yanvar 2012(2012-01-04)[3][1][…] (99 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Təhsili
Fəaliyyəti jurnalist, fotoqraf, fotojurnalist, incəsənət xadimi
Üzvlüyü
evearnold.com

İv Arnold (21 aprel 1912[1][2][…], Filadelfiya, Pensilvaniya[5]4 yanvar 2012[3][1][…], London) — ABŞ fotoqrafı və fotojurnalisti.[6][7], Magnum Photos agentliyinin ilk qadın üzvü(1957).

Həyatı[redaktə | mənbəni redaktə et]

Fotolarının əsas qəhrəmanlarının kubalı balıqçılar, afrikalı qaçqınlarla yanaşı, Hollivudun məşhur ulduzları və dünyanın aparıcı siyasətçilərinin də olduğu bir fotoqraf. Müharibədən sonrakı dövrlərdə rəsmi olmasa da fotojurnalistikanın əsas simalarından biri sayılırdı. Haqlı olaraq xəbər fotojurnalistikasının yaradıcılarından hesab olunur. Evenın Merlin Monro ilə xüsusi bağlılığı var idi. Hətta onun portretlərindən ibarət bütöv bir albom nəşr etdirmişdi. Fotoqraf ulduzları ən gözlənilməz anlarda çəkdiyi fotolarla təccübləndirirdi. Bununla bərabər onun Yohanessburqun gecəqondularından, Havananın bordellərindən və hətta Moskvanın ruhi xəstəxanalarından etdiyi fotoreportajları da var.

Eva Koen Filadelfiyada 1912-ci ilin aprelində dünyaya gəlib. 16 yaşında Nyu-Yorka köçüb və orada fotolaboratoriyada işə düzəlib. 1948-ci ildə dizayner Arnoldla ailə həyatı qurub. Eva, Harper’s Bazaar adlı jurnalın art-direktoru olan Aleksey Brodoviçin yanında fotoqraf sənətini öyrənib. 1961-ci ildə ailəsi ilə birlikdə İngiltərəyə köçüb. Qısa müddətdə ailənin dağılmasına baxmayaraq, daha amerikaya qayıtmayıb.

Müsahibələrinin birində o, belə deyirdi: "Məndə bir çox süjetlər təkrarlanırdı. Mən kasıb idim – və mən yoxsulluğu göstərmək istiyirdim. Məni siyasət maraqlandırırdı, məndə onun həyatımıza necə təsir etdiyini görmək istiyirdim. Və nəhayət, mən qadınam və başqa qadınlar haqqında daha çox şey bilmək istiyirdim".

Eva 1957-ci ildən Magnum Photos agentliyinin ilk qadın üzvüdür. Bir çox fəxri ad və mükafatlara layiq görülüb. Ən son 2010-cu ildə Sony World Photography Awards müsabiqəsinin fəxri mükafatını qazanıb.

Albomları[redaktə | mənbəni redaktə et]

§ The Unretouched Woman, 1976.

§ Flashback: The 50’s, 1978.

§ In China, 1980.

§ In America, 1983.

§ Marilyn for Ever, 1987.

§ Marilyn Monroe: An Appreciation, 1987.

§ All in a Day’s Work, 1989.

§ The Great British, 1991.

§ In Retrospect, 1995.

§ Film Journal, 2002.

§ Handbook, 2004

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Eve Arnold (nid.).
  3. 1 2 American photographer Eve Arnold dies aged 99.
  4. 1 2 http://www.magnumphotos.com/C.aspx?VP3=CMS3&VF=MAGO31_9_VForm&ERID=24KL53ZGM6.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118841238 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. "Eve Arnold – photojournalist". Art Fine. July 1, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 2, 2010.
  7. Waters, Florence. "American photographer Eve Arnold dies aged 99". Telegraph. January 5, 2012. January 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 5, 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]