İstisu (İsmayıllı)

İstisu
40°56′47″ şm. e. 48°04′33″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 912 nəf. (2009)
Xəritəni göstər/gizlə
İstisu xəritədə
İstisu
İstisu

İstisuAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun İstisu kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəndin əhalisi 912 nəfərdir ki, onun da 480 nəfəri kişi, 432 nəfəri qadındır.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Qalacıq turizm zonasında yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndə avtomobillə getmək olar.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  2. Kəndlərimiz[ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]