İspaniyanın inzibati bölgüsü

İspaniya unitar bir dövlətdir. İspaniyada əsas inzibati ərazi vahidi muxtar birlikdir (muxtar vilayət, isp. comunidad autónoma) [1][2][3]. Hazırda ölkədə Basklar ölkəsi, Kataloniya, Navarra, QalisiyaAndalusiyanın geniş muxtariyyətlərə sahib olduğu 17 muxtar birlik var.

Qanunvericilik Məclisləri[redaktə | mənbəni redaktə et]

İcma Məclisi bir palatalı parlamentdir və icmaya görə bu qanunverici orqanın növləri fərqlənir:

Parlament: Andalusiya, Balear adaları, Kanar adaları, Kataloniya, Qalisiya, Rioja, Navarra, Bask ölkəsi Kortes: Araqon, Kastilla la Mança, Kastilla və Leon, Valensiya Məclis: Estremadura, Madrid və Murcia Xunta: Asturiya

Seçkilər[redaktə | mənbəni redaktə et]

İcma seçkiləri ümumi səsvermə hüququ əsasında keçirilir. Seçkilər Andalusiya, Kataloniya, Qalisiya və Bask ölkəsi xaricində bütün muxtar icmalarda hər dörd ildən bir mayın son bazar günü keçirilir. Valensiya, Navarra və Araqon bu sistemə uyğun olaraq seçki keçirir, lakin muxtariyyət qanunlarında (nizamnamələrdə) islahatlar aparıldıqdan sonra Muxtar İcma Sədrinin səlahiyyət müddəti başa çatmadığı təqdirdə, hər hansı bir tarixdə parlamenti buraxmaq və seçki təyin etmək hüququ vardır.

İspaniyanın muxtar birlikləri[redaktə | mənbəni redaktə et]

İspaniyanın əyalətləri[redaktə | mənbəni redaktə et]

  • Avila (Ávila), paytaxt — Avila
  • Alava (Álava) paytaxt — Viktoriya
  • Alikante (Alicante) paytaxt — Alikante
  • Albesete (Albacete) paytaxt — Albesete
  • Almeriya (Almería) paytaxt — Almeriya
  • Asturiya (Asturias) paytaxt — Ovyedo
  • Badaxos (Badajoz) paytaxt — Badaxos
  • Balear adaları (Baleares) paytaxt — Palma
  • Barselona (Barcelona) paytaxt — Barselona
  • Biskayya (Vizcaya) paytaxt — Bilbao
  • Burqos (Burgos) paytaxt — Burqos
  • Valensiya (Valencia) paytaxt — Valensiya
  • Valyadolid (Valladolid) paytaxt — Valyadolid
  • Qvadalaxara (Guadalajara) paytaxt — Qvadalaxara
  • Qipuskoa (Guipúzcoa) paytaxt — San-Sebastyan
  • Qranada (Granada) paytaxt — Qranada
  • Jirona (Gerona) paytaxt — Jirona
  • Kadis (Cádiz) paytaxt — Kadis
  • Kantabriya (Cantabria) paytaxt — Santander
  • Kaseres (Cáceres) paytaxt — Kaseres
  • Kastelyon (Castellón) paytaxt — Kastelyon-de-la-Plana
  • Kordova (Córdoba) paytaxt — Kordova
  • Kuenka (Cuenca) paytaxt — Kuenka
  • La-Korunya (La Coruña) paytaxt — La-Korunya
  • La-Rioxa (La Rioja) paytaxt — Loqronyo
  • Las-Palmas (Las Palmas) paytaxt — Las-Palmas-de-Qran-Kanariya
  • Leon (León) paytaxt — Leon
  • Lerida (Lérida) paytaxt — Lerida
  • Luqo (Lugo) paytaxt — Luqo
  • Madrid (Madrid) paytaxt — Madrid
  • Malaqa (Málaga) paytaxt — Malaqa
  • Mursiya (Murcia) paytaxt — Mursiya
  • Navarra (Navarra) paytaxt — Pamplona
  • Orense (Orense) paytaxt — Orense
  • Palensiya (Palencia) paytaxt — Palensiya
  • Pontevedra (Pontevedra) paytaxt — Pontevedra
  • Salamanka (Salamanca) paytaxt — Salamanka
  • Samora (Zamora) paytaxt — Samora
  • Santa-Krus-de-Tenerife (Santa Cruz de Tenerife) paytaxt — Santa-Krus-de-Tenerife
  • Saraqosa (Zaragoza) paytaxt — Saraqosa
  • Sevilya (Sevilla) paytaxt — Sevilya
  • Seqoviya (Segovia) paytaxt — Seqoviya
  • Soriya (Soria) paytaxt — Soriya
  • Syudad-Real (Ciudad Real) paytaxt — Syudad-Real
  • Tarraqona (Tarragona) paytaxt — Tarraqona
  • Teruel (Teruel) paytaxt — Teruel
  • Toledo (Toledo) paytaxt — Toledo
  • Xaen (Jaén) paytaxt — Xaen
  • Uelva (Huelva) paytaxt — Uelva
  • Ueska (Huesca) paytaxt — Ueska.

İspaniyanın komarkaları[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: İspaniyanın rayonları

Komarka (isp. comarca) — İspaniyada müxtəlif vilayət sistemlərinə görə bir mahalın ümumi adı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "comunidad | Spanish » English | PONS". en.pons.com. 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-16.
  2. https://bigenc.ru/geography/text/2632850 (#bare_url_missing_title).
  3. Словарь географических названий. .

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]