İsaxan Aşurov

İsaxan Aşurov
Doğum tarixi 1 avqust 1955(1955-08-01)
Doğum yeri
Vəfat tarixi 22 iyun 2012(2012-06-22) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Təhsili
Fəaliyyəti vəkil

İsaxan Aşurov (1 avqust 1955, Faxralı, Bolnisi rayonu22 iyun 2012, ABŞ) — Azərbaycanlı vəkil.

Həyatı[redaktə | mənbəni redaktə et]

İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib.

İsaxan Aşurov müalicə üçün ABŞ-yə getmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2012-ci il iyunun 22-də ABŞ-də vəfat etmişdir. Gürcüstanda dəfn olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi. 4 övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1977–1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981–84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984–89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1989–1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsi rəis, 1991–1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992–1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.

1996-cı ildən vəkil kimi çalışıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2012-ci il iyunun 23-də "İsaxan Aşurov" adına mükafat təsis edilib. "Sülh və Demokratiya İnstitutu (SDİ) insan hüquqları, demokratiya uğrunda mübarizə aparanlara "İsaxan Aşurov" mükafatı verəcək. Mükafat hər il qanun və hüquq uğrunda mübarizə aparan vətəndaşlara veriləcək[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda İsaxan Aşurov mükafatı təsis edildi". 2012-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]