İsa Məlikov

İsa Məlikov
Ümumi məlumatlar
Doğum tarixi (43 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, prodüser
Fəaliyyət illəri 2003-cü ildən
Janrlar pop musiqi, R&B
Musiqi aləti fortepiano
Təhsili
  • Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb[d]

İsa Məlikov — Azərbaycanlı bəstəkar, prodüserdir. Azərbaycanın 2021,2022-ci illər ərzində Avroviziya beynəlxalq mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri olmuşdur.

Həyat və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İsa Məlikov 21 oktyabr 1980-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1987-ci ildə 189 saylı orta məktəbə, 1990-cı ildə isə Vaqif Mustafazadə adına 1 saylı musiqi məktəbinə qəbul olunub. Musiqi məktəbini bitirəndən sonra 1995-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil almağa başlayıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2001-ci ildə həmin universiteti xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə qırmızı diplomla bitirib. 2003-cü idə incəsənət magistri dərəcəsini alıb. 2004-cü ildə Britaniya Bəstəkarlar və Nəğməkar-şairlər Akademiyasının üzvlüyünə qəbul olunub. 2008-ci ildə "Bakı Musiqi Fabriki" prodüser mərkəzini qurub və onun baş prodüseri olub. Onun rəhbərliyi ilə "BMF" prodüser mərkəzinin ilk məhsulu "Avroviziya – 2009" Beynəlxalq mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadədir. 2009-cu ildə Azərbaycanda ilk rəsmi rekord-leybli olan "BMF Records" təşkil edib. Bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları — Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan, Elnarə, Elşad Xose, Manana, İradə İbrahimova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.

Həmçinin, İsa Məlikov Azərbaycan Avroviziya nümayəndə heyətinin keçmiş rəhbəridir. O, 2021-ci və 2022-ci ildə "Avroviziya" nümayəndə heyətinə rəhbərlik edir. Onun rəhbərliyi altında "Avroviziya"da Azərbaycan 2021-ci ildə Samirə Əfəndinin ifasında "Mata Hari" mahnısı ilə 20-ci yer, 2021-ci il Azərbaycan "Uşaq Avroviziyası"nda isə, Sona Əzizovanın ifasında "One of Those Days" mahnısı ilə 5-ci yeri tutmuşdur. 2022-ci ildə Azərbaycanı "Avroviziya"da Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə təmsil etmiş və 16-cı yeri tutmuşdur. 2022-ci ilin dekabr ayında isə İsa Məlikov Azərbaycanın "Avroviziya" nümayəndə heyəti rəhbərliyindən azad edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]