İonlaşma

İon- atom və atom qrupları tərəfindən artıq elektronlarının itirilməsi və ya zəbt edilməsi nəticəsində əmələ gələn elektrik yükü daşıyan hissəcik.

İonlaşma[redaktə | mənbəni redaktə et]

İonlaşma atomdan (və ya molekuldan) bir, yaxud bir neçə elektronun forması və ya elektronun ona birləşməsi hadisəsidir. İonlaşma nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gətirir. İonlaşma bir sıra səbəblərdən (elektromaqnit şüalanmasının udulmasından-fotoionlaşma, cismin qızmasından-termik ionlaşma elektrik sahəsinin təsirindən və s.), o cümlədən bitki örtüyünün təsirindən-insan orqanizmi üçün faydalı olan yüngül ionların konsentrasiyasının artmasından dəyişir. Məsələn, meşə havasında oksigenin ionlaşma dərəcəsi dəniz səthindən adətən 2-3 dəfə, çəmən səthindən 5-10 dəfə, yaşayış evinin havasından təxminən 150 dəfə artıqdır. Ağ akasiya, palıd, küknar, şam, ardıc ən yüksək mənfi ionlaşma qabiliyyətinə malikdir. Lakin bəzi bitkilər yüngül ionların miqdarını azaldır, ağır ionların sayını isə artırır. Bunlardan giləmeyvə, qaraçöhrə, tütün, bağ qərənfili, maqnoliya, mimoza, araliyaevkalipti göstərmək olar.[1]

İonalaşan radiasiya, ionlaşan şüalanma[redaktə | mənbəni redaktə et]

İonlaşan radiasiya mühitin ionlaşmasına səbəb olan şüalanmadır. İonlaşan radiasiya böyük intensivlikdə insan həyatı və digər orqanizmlər üçün təhlükəlidir. Mutasiya, şüa xəstəliyi və s. əmələ gətirir. Kosmos şüalarının ionlaşma radiasiyasından biosfer ozon qatı ilə mühafizə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]