İbrahim Emin

İbrahim Emin
2018-ci ildə konsert zamanı çəkilmiş fotoşəkli
2018-ci ildə konsert zamanı çəkilmiş fotoşəkli
Ümumi məlumatlar
Doğum tarixi 18 may 1963(1963-05-18)
Doğum yeri
Vəfat tarixi 2 iyul 2019(2019-07-02) (56 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, bəstəkar, vokalist
Fəaliyyət illəri 1976–2019
Janrlar hard-rok, hevi-metal, blyuz-rok[d]
Musiqi alətləri bas-gitara, gitara
Üzvlüyü

İbrahim Məhərrəm oğlu Eminov (18 may 1963, Sumqayıt2 iyul 2019, Sumqayıt) — Azərbaycanlı musiqi bəstəkarı və rok ifaçısı, "Yuxu" və "Sirr" qruplarının yaradıcısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1970-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbə gedib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. İbrahim musiqi fəaliyyətindən başqa rəsm əsərləri çəkməklə də məşğul idi. 2 iyul 2019-cu ildə qida borusunun xərçəngi xəstəliyindən dünyasını dəyişib.[1]

Musiqi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Yuxu[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Yuxu (qrup)

İbrahim Emin uşaq vaxtından gitara çala bilirdi. 80-ci illərin əvvəlindən musiqi ilə məşğul olmağa başlamışdı. O, 1988-ci ildə "Yuxu" qrupunu yaradıb.[2] Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı qrupda bas gitara da ifa edib. 1989-cu ildə Yuxu qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olur. Bir müddət sonra qrup olaraq fransız menecer Paskal Fransada fəaliyyət göstərmək üçün dəvət alırlar. Həmin vaxtlar Fransaya birbaşa getmək mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər. Lakin müxtəlif səbəblərdən onlar Fransaya gedə bilmirlər və Türkiyədə qalıb fəaliyyət göstərməli olurlar. Türkiyədə fəaliyyət göstərməyə başladıqdan sonra qısa müddət ərzində qrup tanınmağa başlayır. Türkiyədə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) adlı üç albomları işıq üzü görür. Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirir. Nəticədə yaranmış vəziyyətdə "Yuxu" qrupu uzun müddət fəaliyyət göstərə bilmir və qrup üzvləri fərqli işlərlə məşğul olmağa başlayır.

Sirr[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Sirr (qrup)

Sonradan İbrahim Emin 2003-cü ildə Bakıya geri dönür və 2004-cü ildə Sumqayıtda "Sirr" qrupunu yaradır. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.[3]

Fikirləri[redaktə | mənbəni redaktə et]

" Yeniyetmə vaxtlarımızda biz BBC radiosunda Deep Purple, Led Zeppelin-ə qulaq asırdıq, daha sonra onlar bizim üçün məktəb oldu, onların musiqilərindən ilhamlanıb rokla məşğul olmağa başladıq. Daha sonra qrupumuz yarandı. "Xəzərin sahilində" mahnsını yazdırdıq. Mahnının sözləri atama aid idi, mən bəzi sözləri dəyişdim və biz mahnını ifa etdik. Bir il sonra bu mahnı ilə Qızıl Payız musiqi festivalında qalib olduq və hər şey bununla başlandı. "


" Məni tanıyanlar yaxşı bilir, həmişə deyirəm roku heç vaxt dəyişmərəm. Mən roku hiss edirəm, rok azadlığın, üsyankarlığın musiqisidir, mənim musiqimdir. "

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda məşhur ifaçı vəfat etdi" (az.). Modern.az. 03.07.2019. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.04.2020.
  2. Rəhimli, Şəhanə. "Bir vaxtların məşhur "Yuxu"su..." (az.). Aqreqator.az. 03.07.2019. 2020-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.04.2020.
  3. Nurlan Babazadə, Ləman Səfərli. "Azərbaycan rokunun "Yuxu"su indi haradadır?". bbc.com. 8 iyul 2016. 11 aprel 2019 tarixində arxivləşdirilib.