Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı | |
---|---|
Үзејир Һаҹыбәјов адына Азәрбајҹан ССР Дөвләт мүкафаты | |
Mükafatın döş nişanı | |
Ölkə | Azərbaycan SSR |
Tip | mükafat |
Kimə verilir | mədəniyyət xadimlərinə |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 22 yanvar 1966 |
Ləğv tarixi | 1970 |
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — Azərbaycan SSR-də incəsənətin müxtəlif sahələrində fərqlənən mədəniyyət xadimlərinə verilən mükafat. 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təsis edilmişdir. Mükafata layiq görülən şəxslərə "Üzeyir Hacıbəyov Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı" adı, döş nişanı, diplom verilirdi.
Laureatlar
[redaktə | vikimətni redaktə et]- 1967[1]
- Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Milyonçunun dilənçi oğlu" tamaşası üçün:
- Süleyman Əyyub oğlu Ələsgərov (musiqinin müəllifi)
- Şıxəli Qurban oğlu Qurbanov (librettonun müəllifi)
- Əli Heydər Ələkbərov (quruluşçu rejissor)
- Böyükağa Məşədi oğlu Mirzəzadə (quruluşçu rəssam)
- Niyazi Tağızadə (Hacıbəyov) (SSRİ xalq artisti, dirijor) — konsert-ifaçılıq fəaliyyəti üçün