Özbəkistan coğrafiyası

Özbəkistan coğrafiyası
Qitə Asiya
Region Orta Asiya
Koordinatlar 41°00′ şm.e, 64°00′ şr.u
Sahə
Sahil xəttinin uzunluğu 0 km
Sərhədlər 6 221 km
Ən yüksək nöqtə 4643 m Həzrət Sultan[1]
Ən alçaq nöqtə –12.8 m Minqbulaq
Ən böyük çay Amudərya, Sırdərya
Ən böyük göl Aral dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Özbəkistan coğrafiyası — Orta Asiyanın cənub-qərb hissəsində yerləşən ölkə.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Ümumi sahəsi 448,900 km²-dir. Bunların 425,400 km² (95%) quru sahəsidir (dünyada 56-cı yer). Bu ölkə İsveçlə demək olar ki, eyni ölçüdədir.

İqlimi kəskin kontinentaldır. Orta temperatur: yanvar - +4 °C-dən 8 °C-ə, iyul - +22 °C-dən +26 °C-ə qədər. Düzənliklərdə orta illik yağıntı 90–580 mm, dağlıq rayonlarda 460–910 mm təşkil edir. Okeanlara şıxışı yoxdur. Lixtenşteynlə birgə, yalnız okeanlara çıxışı olmayan ölkələrlə həmsərhəd olan bir dövlətdir. Özbəkistan ərazisi tamamilə qapalı hövzələrinə daxildir.

Ucqar nöqtələri[redaktə | mənbəni redaktə et]

Ən ucqar şimal nöqtəsi: Ustyurt yaylasının şimal-şərqində, Aral dənizinin (gölün) qərb sahilində - 45 ° 36 ′ ş.e.

Ən ucqar cənub nöqtəsi: Termez şəhəri - 37 ° 13 ′ ş.e.

Ən ucqar qərb nöqtəsi: Ustyurt yaylasında - 56 ° ş. u.

Ən uqar şərq nöqtəsi: Fərqanə vadisinin cənub-şərqindəki Əndican su anbarının, Orta Asiyadakı ən yüksək bəndinin ətəyində - 73 ° 10 ′ ş.e

Relyefi[redaktə | mənbəni redaktə et]

Ölkə ərazisinin üçdə ikisi səhralar (Qızılqum şəhrası), çöllər (Mirzəçöl) və dağlardan (Hissar silsiləsi) ibarətdir. Özbəkistan şəhərləri əsasən çay vadilərinin (Amudərya və Sırdərya) ətrafında yerləşir. Hansıkı ölkə əhalsini cəmləşmişdir.

Ölkənin şimal-şərqində Aydar şirin su gölü yerləşir. Onun ümumi sahəsi 4000 km² olan Aydar-Arnasay göllər sistemində ən böyük (3000 km²) süni su anbarıdır. Şimalda sərhəd keçmiş Aral dənizinin (gölün) ortasından keçir. Hazırda göl qurumuşdur. Onun yerində isə Böyük Aral qalmışdır.

Sərhədləri[redaktə | mənbəni redaktə et]

Sərhədlərin ümumi uzunluğu 6221 km-dir

Şimalda və şimal-şərqdə - Qazaxıstanla həmsərhəddir (sərhədin uzunluğu 2203 km-dir)[2]

Şərqdə - Qırğızıstanla (sərhədin uzunluğu 1099 km-dir.

Şərqdə və cənub-şərqdə - Tacikistanla (sərhədin uzunluğu 1161 km).

Cənubda - Əfqanıstanla (sərhədin uzunluğu 137 km).

Cənub və qərbdə - Türkmənistanla (sərhədin uzunluğu 1621 km).

Anklavlar və eksklavlar[redaktə | mənbəni redaktə et]

Özbəkistanın əsas ərazidən ayrılan dörd eksklavı var (hamısı Fərqanə vadisində yerləşir və Qırğızıstan ərazisi ilə əhatə olunmuşdur).

Özbəkistan ərazisində Tacikistan (Sarvak) və Qırğızıstan (Barak) anklavları mövcuddur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Uzbekistan High Point" on Peakbagger Arxivləşdirilib 2022-09-15 at the Wayback Machine Retrieved 2015-01-15.
  2. "Территория". Правительственный портал Республики Узбекистан. 2017-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.