"Qızıl Dərviş" mükafatı

Qızıl Dərviş

Ölkə Azərbaycan Azərbaycan
Tip mükafat
Kimə verilir İttifaqın idarə heyətinin qərarı ilə ilin ən uğurlu rejissor, aktyor, teatr rəssamı, teatrşünas işinə, teatrın daha uğurlu tamaşasına
Təltif edir
Statistika
Təsis tarixi 1991
İlk təltif

Qızıl DərvişAzərbaycanda teatr sənətinin inkişafında fəal iştirak edənlərə verilən mükafat. 1991-ci ildə təsis edilmiş, 1992-ci ildən təqdim olunmuşdur.[1]

Təyinatı[redaktə | mənbəni redaktə et]

"Qızıl Dərviş" mükafatı özünün ideya-bədii sənət bütövlüyü ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən, öz sənətkarlığı ilə tamaşaçılara yüksək vətəndaşlıq və mənəvi keyfiyyətlər aşılayan, mövsüm ərzində yaradıcılıq uğuru qazanmış tamaşaya, dramaturqa, rejissora, aktyora, bəstəkara, rəssama, vokalçıya, balet artistinə, teatrın tarixi və nəzəriyyəsi ilə bağlı mühüm tədqiqat işlərinə və həmçinin mətbuat səhifələrində, radio və televiziyada böyük əhəmiyyət daşıyan, dolğun araşdırma, resenziya və verilişləri ilə fərqlənən teatrşünaslara verilir.

«Qızıl Dərviş» mükafatının təyinatı[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. 2017. səh. 205.
  2. ""Qızıl Dərviş" mükafatı". teatrittifaqi.az. 2020-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]