"Şərəf" ordeni (Azərbaycan)
"Şərəf" ordeni | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Tip | orden |
Təltif edir | |
Status | verilir |
Statistika | |
Təsis tarixi | 16 fevral 2007 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 106 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Rəşadət" ordeni |
Aşağı mükafat | "Şöhrət" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir.
Tarixi və statusu
[redaktə | mənbəni redaktə et]"Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir.[1]
Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
- Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
- Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;
- İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
- Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.
Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır.[2]
Təsviri
[redaktə | mənbəni redaktə et]"Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir:[3]
- "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir.
- Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
- Təltif dəstinə aşağıdakılar daxildir:
- Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
- Paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.
- Paltara bərkidilmək üçün elementi olan, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.
Paltara bərkitmək üçün | Boyundan asmaq üçün |
---|---|
Lent | |
Təltif edilənlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 16 fevral 2007. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2021.
- ↑ ""Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 1 may 2018. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2021.
- ↑ ""Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 28 noyabr 2013. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2021.