Ana Səhifə

Wikipedia Open wikipedia design.

Hazırda Azərbaycan dilində 135.816 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Azerbajan literature Nizami Ganjavi Khosrov and Shirin 1.jpg
Xosrov və ŞirinNizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.

Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin (şəkildə: "Sevgililərin birinci görüşü") haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.

“Xosrov və Şirin” poemasının baş qəhrəmanı olan Şirin elə misilsiz bir surətdir ki, onun vəfa və sədaqəti, iradə və qüdrəti, əxlaq və isməti qərinələrdən bəri dillər əzbəri, həqiqi sevgi və məhəbbət rəmzi olmuşdur. H. Araslı bu obraz haqqında deyir: “Şirin dünya ədəbiyyatı tarixində orijinal bir qadın obrazıdır, Qərbi Avropa ədəbiyyatında belə bir yüksək, ağıllı və praktik qadın obrazını yalnız Şekspir tragediyasında görürük. Dantenin Beatriçası də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər.”

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Plain of Marathon 1.jpg
Marafon döyüşüe.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu.

Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!". Daha sonra Herodot yazır ki, sonradan Dara xidmətçilərindən birinə hər nahardan sonra bu sözləri onun qarşısında təkrar etməyi əmr etmişdir: "Ağam! Afinalıları yadına sal!".

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
McDonalds123Yonge.JPG
  • Bütün dünyada McDonald's (şəkildə) loqosunun qızılı rəngdə olmadığı tək yer Sedona, Arizonadır. Şəhər əhalisi McDonald's loqolarının firuzəyi rəngdə olmasının təbiət landşaftına qızılı rəngdən daha uyğun olacağı düşündüyü üçün belə bir qərar verilib.
  • Filosof İbn Xəldun Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra QranadaMisirdə çalışıb.
  • Farer dili Avropada yox olma təhlükəsi olmayan ən azsaylı dildir.
  • Teleksi olmayan mehmanxana "beş ulduz" reytinqinə malik ola bilməz. Bu gün dünyada milyon yarım teleks nömrəsi var.
  • Kürən ErikQrenlandiyanı kəşf edən Vikinq hökmdarı idi.

HSCommons.svg Günün seçilmiş şəkli

Palacio Hasht Behesht, Isfahán, Irán, 2016-09-20, DD 75-77 HDR.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Kim and Trump shaking hands at the red carpet during the DPRK–USA Singapore Summit.jpg


Son ölümlər: Yavər Camalov, Oruc Həsənli, Rauf Talışinski , Fuad Poladov

HSDagensdatum.svg Tarixdə bu gün — 25 iyun

25 iyun: Koreya müharibəsinin başlaması, Maykl Ceksonun vəfatı
Maykl Cekson

Digər günlər: 24 iyun25 iyun26 iyun

HS Liste.svg Həftənin seçilmiş siyahısı

Flag of Amestris (Fullmetal Alchemist).svg
Fullmetal Alchemist — manqası yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir.

Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir. "Square Enix" fəsilləri tankobon formatında cəmləşdirmişdir. İlk cild 22 yanvar 2002-ci ildə, sonuncu — 27-ci cild isə isə 22 noyabr 2010-cu ildə çap edilmişdir.

HSTools.svg Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə




This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek